Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/57/112-115

Mirvari Qəhrəmanova

Bakı Dövlət Universiteti

https://orcid.org/0009-0003-4358-8991

mirvarigahramanova@gmail.com

 

İngilis dili qlobal dominant dil kimi: beynəlxalq təhsil,

mədəni assimilyasiya və ana dillərə təsiri

 

Xülasə

 

Bu məqalədə İngilis dilinin qlobal dominantlıq mövqeyi və onun təhsil, mədəniyyət və ana dillərə olan təsiri çoxşaxəli şəkildə təhlil olunur. İngilis dili müasir dünyada təkcə beynəlxalq ünsiyyət vasitəsi kimi deyil, həm də bilik, elm və texnologiya sahələrinin əsas daşıyıcısı kimi çıxış edir. Qloballaşmanın təsiri ilə bu dil bir çox ölkənin təhsil və informasiya sistemlərinə nüfuz etmiş, nəticədə yerli dillər və mədəni kimliklər müəyyən risklərlə qarşılaşmışdır.

Məqalədə vurğulanır ki, İngilis dilinin yayılması həm imkanlar, həm də risklər yaradır. Xüsusilə Azərbaycan kontekstində bu prosesin idarə olunması vacibdir. İngilis dilinə artan maraq, bir tərəfdən qlobal inteqrasiyanı gücləndirsə də, digər tərəfdən ana dilinin və milli dəyərlərin arxa plana keçməsi təhlükəsini doğurur. Gənclər arasında müşahidə olunan dil dəyişimi, uzunmüddətli perspektivdə milli kimliyin zəifləməsinə səbəb ola bilər.

Eyni zamanda məqalədə İngilis dilinin imkanları inkar edilmədən, onun doğura biləcəyi sosial-linqvistik fəsadların qarşısının alınması üçün balanslı dil və təhsil siyasətinin formalaşdırılmasının zəruriliyi qeyd olunur. Azərbaycan dilinin və yerli mədəniyyətin qorunması, İngilis dilinin tədrisi ilə paralel şəkildə aparılmalı, bu istiqamətdə maarifləndirmə və milli-mədəni irsin təşviqi siyasətləri gücləndirilməlidir.

Açar sözlər: ingilis dilinin qloballaşması, beynəlxalq təhsil, mədəni assimilasiya, ana dilin qorunması, milli kimlik və dil siyasəti

 

 


Baxış: 3