https://doi.org/10.36719/2789-6919/41/39-43
Əli Qasımov
Naxçıvan Müəllimlər İnstitutu
https://orcid.org/0009-0007-9952-7425
aliisa666@yahoo.com
İngilis dilində frazeoloji vahidlərin üslubi xüsusiyyətləri
Xülasə
Məqalədə ingilis dilindəki frazeoloji vahidlərin üslubi xüsusiyyətlərindən bəhs olunur. Bu məqsədlə onların bədii dildəki funksiyalarının təhlilinə önəm verilir. Təhlillər nəticəsində məlum olur ki, ingilis dilində xalq frazeologiyasından başqa, şair və yazıçıların yaratdığı frazeoloji vahidlər də vardır. Həmin frazeoloji vahidlərin üslubiyyatla bağlılığı və stilistik cəhətləri izah olunur. Bu baxımdan, iki əsas məsələyə diqqət edilir:
1.Frazeoloji vahidlərin məzmununda baş verən dəyişmənin üslubla bağlılığı;
2.Frazeoloji vahidlərdə komponentlənin inversiyasının onların üslubi xarakterinə təsiri.
Bu məsələlərin izahı onu göstərir ki, yuxarıdakı əlamətlər frazeoloji vahidləri digər idiomlardan fərqləndirir.
Məqalədə frazeoloji vahidlər üzərində əməliyyat apararaq onların üslub məqsədi ilə dəyişdirilməsi bədii dilin sərbəstliyi ilə əlaqələndirilir. Bundan başqa, frazeoloji vahidlərə ümumkulturoloji baxımdan yanaşılması zəruri məsələlərdən hesab olunur. Bu dil faktlarının emosionallıq cəhətdən fərqlənməsi və buna görə digər dil vahidlərindən yüksəkdə durmasında bədii üslubun əhəmiyyəti məsələsi ön plana çəkilir. Bu prosesdə şair və yazıçıların rolu qiymətləndirilir.
Açar sözlər: dil, söz, frazeoloji vahid, üslub, inversiya