DOI: https://doi.org/10.36719/2789-6919/56/32-36
Əli Qasımov
Naxçıvan Müəllimlər İnstitutu
https://orcid.org/0009-0003-9826-3553
aliisa666@yahoo.com
İngilis dilində peşə frazeologiyasının üslubi imkanları
Xülasə
Məqalədə ingilis dilində peşə frazeologiyasının üslubi imkanları tədqiq olunur. Peşə frazeologiyası müəyyən peşə sahələrinə xas olan sabit ifadələri və deyimləri əhatə edir. Məqalədə bu frazeoloji vahidlərin leksik, semantik və stilistik xüsusiyyətləri, həmçinin, onların professional danışıq və yazı dilində ifadə gücü təhlil edilir. Tədqiqat göstərir ki, peşə frazeologiyası üslub zənginliyini artırmaqla yanaşı, professional kommunikasiya zamanı dəqiqlik, emosional rəng və mədəni kontekstə uyğunluğu təmin edir.
Peşə frazeologiyası xüsusi peşə sahələrində məsələn, tibb, hüquq, biznes, təhsil, mühəndislik və texnologiya və s. sahələrdə istifadə olunan sabit ifadələr və deyimlərdir. Belə frazeoloji vahidlər təkcə mənalı ifadələr deyil, həm də üslub xüsusiyyətləri ilə danışıq və yazı dilində ifadə zənginliyi yaradır. Peşə frazeologiyası müxtəlif məqsədlərə xidmət edir: ixtisaslaşdırılmış mətndə dəqiqlik təmin edir, kommunikativ səmərəliliyi artırır və peşəkar ünsiyyətin mədəni kontekstini əks etdirir. Buna görə də, ingilis dilində peşə frazeologiyasının üslubi imkanlarının araşdırılması aktualdır və dil öyrənənlər, tərcüməçilər, müəllimlər və dil tədqiqatçıları üçün əhəmiyyət kəsb edir.
Açar sözlər: peşə frazeologiyası, ingilis dili, üslub xüsusiyyətləri, peşə leksikası, frazeoloji vahidlər, kommunikativ funksiya, leksik semantika