https://doi.org/10.36719/2663-4619/109/59-66
Nərgiz Xəlilova
Milli Müdafiə Universiteti
Hərbi İdarəetmə İnstitutunun Xarici dil Mərkəzi
Aydan Əliyeva
Milli Müdafiə Universiteti
Hərbi İdarəetmə İnstitutunun Xarici dil Mərkəzi
aydane216@gmail.com
İngilis dilinin dinləmə bacarığı: öyrənmə və öyrətmə metodları
Xülasə
Məqalədə ingilis dilinin dinləmə bacarığı ətraflı təhlil edilmişdir. Burada oxucular dinləmənin formalarını və onları öyrətmək üçün gərəkli məlumatları əldə etmişdirlər. Məqalədə dinləmə bacarığı inkişaf etdirmək üçün hansı maneələrin qarşısının alınması və bunu necə həyata keçirmək mümkün olduğu qeyd edilmişdir. Mövzunun aktuallığı ondan ibarətdir ki, dinləyicilər dil bacarıqlarının həm istifadəsi, həm də inkişafı zamanı çətinliklərlə üzləşirlər. Bu bacarıq digərlərindən daha çətin təkmilləşdirilən bacarıq hesab edilir. Tədqiqat işinin əsas məqsədi gənc ingilis dili müəllimlərinə faydalı ola biləcək öyrətmə və öyrənmə metodlarını qeyd etmək və onlara izahlar verməkdir. Məqsədinə müvafiq olaraq elmi tədqiqat işində aşağıdakı vəzifələr qarşıya qoyulur: dinləmə bacarığının hissələri, dinləmə bacarığı üçün gərəkli metodları izah etmək, onun inkişafı üçün maneələri aradan qaldırılmaq və inkişafı üçün müəllimin faydalı tapşırıqlarını qeyd etməkdir. Bu məsələləri həll etmək üçün aşağıdakı tədqiqat metodlarından istifadə olunur: nəzəri təhlil. Aşağıdakı nəticələr əldə edilmişdir: dinləmə bacarığının inkişafı üçün 3 mərhələnin önəmlidir. Bu məhlələri izləyən müəllim həm öz tapşırıqlarını faydalı yerinə yetirir, həm də tələbənin dinləmə bacarığı inkişaf etdirir. Bundan başqa tapşırıqların düzgün seçilməsi dinləmə prosesini daha da təkmilləşdirir.
Açar sözlər: dinləmə bacarığı, kommunikasiya, maneə, dinləmə tapşırığı, effektiv metodlar, dinləyici, mərhələlər, materiallar