Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/123/105-110 

Kifayət Mənsimova

Azərbaycan Dillər Universiteti

https://orcid.org/0009-0009-6444-9716

kifayetmnv@gmail.com

 

İnkluziv təhsil sistemində müəllimin rolu

 

Xülasə

 

Araşdırılan məqalə pedaqogika sahəsində mühüm bir problemə – inklüziv təhsilə həsr olunmuşdur. Müasir dünyada inklüzivlik konsepsiyasının genişləndirilməsi ilə bağlı müzakirələr getdikcə populyarlaşır. Bu məqalədə inklüziv təhsildə müəllimin rolu araşdırılır. Bildiyimiz kimi, təhsil sosial proseslərə təsir edən mühüm amil kimi tanınır və şəxsiyyəti müəyyən edən keyfiyyət və dəyərlərin formalaşmasına xidmət edir. Demokratik təhsil cəmiyyətin bütün üzvləri – həm əmək qabiliyyətli, həm də əlilliyi olan şəxslər üçün bərabər təhsil hüquqlarını təmin edir.

Məqalədə müəyyən edilir ki, inklüziv təhsil mühiti müxtəlif təhsil qabiliyyətinə malik, həm əlilliyi olan, həm də olmayan uşaqların birgə təhsil aldıqları məkandır. Bu sistemdə müəllimə xüsusi rol verilir: o, sadəcə biliyin daşıyıcısı deyil, bütün tələbələrin təhsilini və inkişafını formalaşdırmağa qadir olan həssas, çevik və ixtisaslı mentor olmalıdır.

Vurğulanan əsas məqsəd ondan ibarətdir ki, mədəni-tarixi nəzəriyyə öyrənmə və şəxsi inkişafın sosial mühitdən, qarşılıqlı əlaqədən və birgə fəaliyyətdən asılı olması ideyasını irəli sürür. Bu, inklüzivlik və inklüziv təhsil üçün mühüm təməldir, çünki qarşılıqlı əlaqə, sosial mühit və dəstək burada əsas rol oynayır.

Açar sözlər: pedaqogika, təhsil, tərbiyə, inklüzivlik, tələbələr, müəllim



Baxış: 41