Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/48/48-55

Səadət Cahangirova

Bakı Slavyan Universiteti

https://orcid.org/0009-0004-9875-3146

cahangirova58@bk.ru

 

İnklüziv təhsildə müasir modellər

 

Хülasə

 

Ulu Öndər Heydər Əliyev demişdir: ”Təhsil millətin gələcəyidir”.

Ulu Öndər Heydər Əliyev artıq zərb-məsələ çevrilmiş bu kəlmələri deyərkən həm də inklüziv təhsili nəzərdə tuturdu və zaman gostərdi ki, Ulu Öndərin uğurlu təhsil siyasəti hazırda inklüziv təhsilin inkişafı üçün baza rolunu oynamışdır. Dünyada əlilliyi olan uşaqların təhsildən kənarda qaldıgı dövrdən “inklüzivlik” dövrünədək əlilliyi olan şəxslərin təhsilinə müxtəlif yanaşmalar olmuşdur.

Müasir təhsil sistemlərinin əsas məqsədlərindən biri inklüziv təhsilin geniş tətbiqini təmin etməkdir. İnklüziv təhsil xüsusi ehtiyaclı uşaqların digər şagirdlərlə birlikdə bərabər hüquqlarla təhsil almasını nəzərdə tutur və bu, sosial ədalətin bərqərar olmasına xidmət edir. Bu istiqamətdə bəzi çətinliklər mövcud olsa da, inklüziv təhsilin tətbiqi dayanıqlı və bərabər cəmiyyətin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Bu məqsədə çatmaq üçün dövlət səviyyəsində inklüziv siyasət gücləndirilməli, qanunvericilik təkmilləşdirilməli, təhsil müəssisələrinin fiziki və pedaqoji mühiti əlçatan olmalıdır. Eyni zamanda, ailələr və cəmiyyət bu prosesə fəal şəkildə cəlb olunmalı, inklüzivlik haqqında maarifləndirmə tədbirləri genişləndirilməlidir. Müəllimlərin bu sahədə bilik və bacarıqları artırılmalı, müasir təlim metodlarına yiyələnmələri təmin olunmalıdır, çünki təcrübə göstərir ki, inklüziv təhsil təkcə fərdi inkişaf üçün deyil, bütövlükdə cəmiyyətin rifahı və inteqrasiyası üçün əvəzsiz rol oynayır.

Açar sözlər: inklüziv, inklüziv model, siyasət, təcrübə, təhsil, uşaq, əlillik


Baxış: 24