Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

https://doi.org/10.36719/2789-6919/43/26-31

Cavid Musayev

Bakı Dövlət Universiteti

doktorant

https://orcid.org/0009-0008-8407-1928

javidmusayev9@gmail.com

 

İnklüziv təhsildə tədris prosesinin əsasları

 

Xülasə

Əlilliyi olan şagirdlər ictimai mühitə faydası toxunan şəxslər kimi yetişməlidir və cəmiyyətin inkişafına töhfə verəcək ümumtəhsil hüququna malik olmalıdırlar. Bütün şagirdlər inklüziv təhsil şəraitində fərqliliyin mahiyyətini daha dərindən anlayırlar. Bu məqalədə inklüziv təhsildə tədrisin mexanizmi model olaraq təsvir edilmiş, əlilliyi olan şagirdlər üçün inklüziv təhsil mühitinin yaradıl­ması və tədrisin təşkili prosesi istiqamətində istifadə olunan strategiya və planlar müzakirə edilmişdir. Əlilliyi olan şagirdlərin cəmiyyətin bir üzvünə çevrilməsi, onların ümumtəhsil kurrikulum sisteminə inteqrasiya edilməsi üçün sistemli şəkildə təşviqedici, çərçivə və dəstək xarakterli xüsusi məlumatlar verilmişdir. İnklüziv siniflərdə tədrisin həyata keçirilməsi zamanı istifadə edilən “Birgə Öyrənmə Təlimi” və “Universal Öyrənmə Dizaynı” (UÖD) kimi metod və yanaşmalar həmçinin onların tərkib hissəsi haqqında təsvirlər qeyd edilmişdir. Əlilliyi olan şagirdlərin prioritet ehtiyaclarının müəyyən edilməsi, onların ümumi siniflərə cəlb edilməsi və akademik biliklərə yiyələnməsi üçün dəstək xarak­terli Fərdi Tədris Planın hazırlanması və planın tətbiqi prosesi mərhələli şəkildə pedaqoji struktur olaraq izah edilmişdir. Fərdi Tədris Planı nümunəsi və tədris mühitinin modifikasiya xüsusiyyəti göstərilmişdir.

Açar sözlər: inklüziv təhsil, əlilliyi olan uşaqlar, tədris prosesi, strategiyalar, fərdi tədris planı


Baxış: 86