DOI: https://doi.org/10.36719/2663-4619/115/355-361
Ülviyyə Vəliyeva
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
magistrant
https://orcid.org/0009-0005-1858-1709
v.u.f.88@mail.ru
İnnovativ idarəetmə alətlərinə sistemli yanaşma
Xülasə
Məqalədə müasir idarəetmə alətlərindən olan süni intellekt (AI), böyük verilənlər (big data) və blockchain texnologiyalarının idarəetmə sahəsindəki rolu və tətbiqləri müzakirə edilir. Süni intellektin təşkilatların strateji qərarlarını optimallaşdırma, proqnozlaşdırma və əməliyyatları avtomatlaşdırma sahəsindəki üstünlükləri vurğulanır. Eyni zamanda böyük verilənlərin analizinin təşkilatlara əməliyyat səmərəliliyini artırmağa, müştəri məmnuniyyətini təmin etməyə və riskləri idarə etməyə necə kömək etdiyi təhlil edilir. Blockchain texnologiyası isə məlumat təhlükəsizliyi, şəffaflıq və təchizat zənciri idarəetməsindəki əhəmiyyətinə diqqət çəkir. Məqalə, bu texnologiyaların idarəetmə proseslərində necə yeniliklər yaratdığı və gələcəkdəki inkişaf potensialı barədə geniş məlumat təqdim edir. İnnovativ idarəetmə alətlərinin tətbiqi ilə təşkilatlar daha effektiv, çevik və müasir idarəetmə modellərinə keçə bilərlər. Məqalənin əsas məqsədi süni intellekt (AI), böyük verilənlər (big data) və blockchain kimi innovativ idarəetmə alətlərinin təşkilatlarda necə istifadə edildiyini və onların idarəetmə proseslərinə gətirdiyi yenilikləri araşdırmaqdır. Məqalə, texnologiyaların idarəetmə sahəsindəki praktiki tətbiqlərini və üstünlüklərini təhlil edərək, təşkilatların əməliyyatlarını necə daha effektiv, çevik və müasir şəkildə idarə edə biləcəyini izah etməyi hədəfləyir. Eyni zamanda bu texnologiyaların gələcəkdə idarəetmə sahəsində necə daha geniş yayılacağı və inkişaf edəcəyi barədə məlumat verməkdir. Məqalədə, süni intellekt (AI), böyük verilənlər (big data) və blockchain texnologiyalarının idarəetmə sahəsində tətbiqlərini və üstünlüklərini araşdıran keyfiyyət və kəmiyyət metodlarını birləşdirən bir tədqiqat yanaşmasından istifadə edir. Məqalədə, süni intellekt, big data və blockchainin idarəetmədə necə tətbiq olunduğuna dair real iş nümunələri və hallardan istifadə edilərək praktiki tətbiqlərin müsbət və mənfi tərəfləri təhlil olunur. Bu yanaşma texnologiyaların idarəetmə sahəsindəki real təsirlərini daha yaxşı anlamağa kömək edir və bütün metodları birləşdirilərək, süni intellekt, big data və blockchain texnologiyalarının idarəetmədəki rolu və tətbiq sahələrini daha dərindən öyrənilir.
Açar sözlər: Süni İntellekt (AI), Big Data, Blockchain texnologiyası, rəqəmsal transformasiya, əməliyyat optimallaşdırılması, ağıllı sistemlər