https://doi.org/10.36719/2706-6185/42/87-93
Elnurə Quliyeva
Heydər Əliyev adına Hərbi İnstitut
https://orcid.org/0009-0000-1846-7475
İnnovativ təlim metodlarının tətbiqində müəllimin fasilitator funksiyası
Xülasə
Müəllim və fasilitatorların innovativ təlim metodlarının tətbiqində rolu, müasir təhsilin keyfiyyətini artırmaq üçün əhəmiyyətlidir. Müəllimlər yenilikçi metodlar vasitəsilə tələbələrin marağını artırmağa çalışırlar. Onlar tədris materialını interaktiv, oyunlar, layihələr və müzakirələr kimi müxtəlif yollarla təqdim edərək öyrənmə mühitini canlandırırlar. Bu yanaşma tələbələrin fəal iştirakını təmin edir. Fasilitatorlar isə daha çox müstəqil öyrənməyə yönəlmiş metodlarla, tələbələrin öz düşüncə və bacarıqlarını inkişaf etdirmələrini dəstəkləyirlər. Onlar müzakirələri yönləndirir, qrup dinamikasını yaradır və tələbələrin qarşılıqlı əlaqələrini gücləndirirlər. Fasilitatorun rolu tələbələrin problem həll etmə və kritik düşünmə bacarıqlarını inkişaf etdirməkdir. Müəllim və fasilitatorlar arasında əməkdaşlıq vacibdir. Onlar birlikdə yeni təlim strategiyalarını inkişaf etdirərək, daha inklüziv və təsirli öyrənmə mühiti yarada bilirlər. Bu əməkdaşlıq təhsil sisteminin çevikliyini artırır və innovativ yanaşmaların tətbiqini asanlaşdırır.
Açar sözlər: fasilitator, qiymətləndirmə, təlim metodları, motivasiya, qarşılıqlı əlaqə, kreativlik