Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

İnsanın sosiallaşmasına təsir edən faktorların

müsbət və mənfi tərəfləri

 

Cəmilə Hüseynova

 

Xülasə. Məqalədə insanın sosiallaşmasına təsir edən əsas faktorların həm müsbət, həm də mənfi tərəfləri elmi baxımdan təhlil olunur. Sosiallaşma fərdin cəmiyyətə inteqrasiyasını təmin edən çoxşaxəli və dinamik proses olub, onun sosial norma və dəyərləri mənimsəməsi, sosial rolları icra etməsi və şəxsiyyət kimi formalaşmasında həlledici rol oynayır. Bu proses bioloji meyillərlə yanaşı, əsasən sosial mühitin təsiri altında inkişaf edir. Sosiallaşmaya təsir edən başlıca faktorlar arasında ailə, təhsil müəssisələri, yaşıd qrupları (dostlar), kütləvi informasiya vasitələri və ümumi sosial mühit xüsusi yer tutur. Ailə ilkin sosiallaşma agenti kimi fərdin əsas davranış modellərini, emosional reaksiyalarını və dəyərlər sistemini formalaşdırır. Məktəb isə bilik və bacarıqların ötürülməsi ilə yanaşı, sosial intizam, məsuliyyət və kollektiv davranış qaydalarının mənimsənilməsində mühüm rol oynayır. Yaşıd qrupları fərdin sosial identikliyinin və ünsiyyət bacarıqlarının inkişafına təsir göstərir, media isə müasir dövrdə informasiya və davranış modellərinin əsas mənbələrindən biri kimi çıxış edir. Bu faktorların təsiri ikitərəfli xarakter daşıyır. Müsbət təsirlər sırasında sosial bacarıqların inkişafı, empatiyanın formalaşması, əməkdaşlıq və ünsiyyət qabiliyyətlərinin güclənməsi qeyd oluna bilər. Bununla yanaşı, qeyri-sağlam sosial mühit, yanlış tərbiyə üsulları və neqativ informasiya axını aqressiv davranışların yaranmasına, sosial təcridə, deviativ davranışlara və müxtəlif psixoloji problemlərə səbəb ola bilər.

 

Açar sözlər: insan, cəmiyyət, sosiallaşma, tərbiyə, mühit

 

 


Baxış: 83