Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/46/212-220

Elvin Şirinov

Varşava Universiteti

magistrant

https://orcid.org/0009-0001-1354-3763

elvin.sirinov777@gmail.com

Əvəz Seydəlisoy

Vistula Maliyyə və Biznes Akademiyası

magistrant

https://orcid.org/0009-0007-5225-2268

seydalioyavaz@gmail.com

 

İnteqrasiya edilmiş biznes analitikası vasitəsilə iqtisadi dayanıqlığın

gücləndirilməsi və rəqəmsal transformasiya

 

Xülasə

 

Müasir dövrdə, dövlət və müəssisələrdə ənənəvi texnologiyaların tətbiqi mərhələsi artıq başa çatmaq üzrədir. Yəni, köhnəlmiş sistem və texnologiyaların istifadə edilməsi bütün sahələrdə qeyri-səmərəli nəticələr verə bilər. Bu səbəbdən artıq yeni yanaşmaların tətbiq edilməsi bütün sahələr üzrə əhəmiyyətli hesab edilə bilər. Bunları nəzərə alaraq, tədqiqat işində rəqəmsal transformasiyanın iqtisadiyyat, dövlət idarəçiliyi, cəmiyyət, infrastruktur, ticarət, logistika və maliyyə sistemlərinə təsiri sistemli şəkildə təhlil olunur. Rəqəmsallaşma təkcə texnoloji yenilik kimi deyil, eyni zamanda qlobal və regional səviyyədə sosial-iqtisadi inkişafın əsas aləti kimi qiymətləndirilir. Məqalədə rəqəmsal bərabərsizliyin artmasının, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında uçurumun dərinləşməsi ilə səciyyələnən risklərə səbəb olacağı qeyd edilir və bu istiqamətdə beynəlxalq koalisiya yaradılması təklif olunur. Tədqiqat işində rəqəmsal iqtisadiyyatın tənzimlənməsi üçün qlobal rəqəmsal vergi sisteminin və normativ çərçivənin formalaşdırılmasının əhəmiyyətindən bəhs edilir. Eyni zamanda, rəqəmsallaşmanın müəssisələrin və hər bir ölkənin beynəlxalq bazarlarda rəqabət aparması üçün nə dərəcədə əhəmiyyətli olduğu ön plana çəkilir. Burada 5G texnologiyası, Starlink layihəsi, süni intellekt və rəqəmsal valyuta kimi müasir layihələrin iqtisadi və sosial sistemlərdə roluna da toxunulur. Məqalədə qeyd edilən bəzi nüanslarda rəqəmsal transformasiyanın dayanıqlı və bərabər şəkildə olması məqsədilə bir sıra layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilir.

Açar sözlər: Rəqəmsal transformasiya, Biznes analitikası, İqtisadi bərabərsizlik, Rəqəmsal iqtisadiyyat, Rəqəmsal vergi sistemi, Rəqəmsal uçurum, İqtisadi inkişaf, Rəqəmsal innovasiya


Baxış: 74