Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/115/306-309

Kamilə Həmidova

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci

https://orcid.org/0009-0009-0400-4053

subhanqizi79@mail.ru

 

İqlim dəyişikliyinin canlılara təsiri

 

Xülasə

 

Bu məqalədə qlobal iqlim dəyişikliyinin canlı orqanizmlərə – flora və faunaya  təsiri araşdırılır. Məqalədə iqlim dəyişikliyinin səbəbləri və nəticələri qısa şəkildə izah olunur, həmçinin müxtəlif canlı növlərinə, onların yaşayış mühitinə və davranış mexanizmlərinə necə təsir etdiyi konkret misallarla təhlil edilir. Qlobal temperatur artımının, ekstremal hava şəraitinin, dəniz səviyyəsinin yüksəlməsinin, buzlaqların əriməsinin ekosistemlərdəki tarazlığı pozduğu və biomüxtəlifliyin azalmasına səbəb olduğu göstərilir. Xüsusilə həssas ekosistemlər – qütb regionları, meşələr və korallar məqalənin əsas diqqət mərkəzindədir. Məqalənin sonunda iqlim dəyişikliyinə qarşı mübarizə yolları və canlıların adaptasiya imkanları da müzakirə olunur.

Açar sözlər: iqlim dəyişikliyi, ekosistem, biomüxtəliflik, flora, fauna, istiləşmə, buzlaqlar, quraqlıq, canlı orqanizmlər


Baxış: 379