Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

İqlim transformasiyası şəraitində Kür çayı hövzəsinin su ehtiyatlarının dəyişməsi

 

Ülkər Mahmudova1* Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным., Elvira Piriyeva2 Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным., Kamran Ramazanov2 Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным.

 

Xülasə. Məqalədə iqlim transformasiyası şəraitində Kür çayı hövzəsinin su ehtiyatlarının çoxillik dəyişməsi və çay axımının formalaşma xüsusiyyətləri araşdırılır. Tədqiqatın məqsədi temperatur və yağıntı rejimlərindəki dəyişmələrin, antropogen su istehlakının və geri qaytarılmayan itkilərin hövzənin su balansına təsirini qiymətləndirməkdir. 1961–1990-cı illər bazis dövrü üzrə çoxillik aylıq, mövsümi və illik hidroloji göstəricilər, su təsərrüfatı məlumatları və beş qlobal iqlim modelinin ssenari nəticələri müqayisəli-statistik üsulla təhlil edilmişdir. Nəticələr Kür hövzəsində illik axımın azalması meylini, su istehlakının yüksək payını və iqlim ssenarilərinə görə su ehtiyatlarının ildə 2,7–5,3 km³ azalması ehtimalını göstərir. Temperatur artımı, qar ehtiyatının azalması və yağıntıların mövsümi paylanmasının dəyişməsi axımın il daxilində yenidən bölüşdürülməsini gücləndirir. Suvarmada səmərəli texnologiyaların tətbiqi, itkilərin azaldılması, təmizlənmiş drenaj sularının təkrar istifadəsi və hövzə üzrə davamlı monitorinq əsas uyğunlaşma tədbirləri kimi qiymətləndirilir. Əldə olunan nəticələr Kür çayı hövzəsi üçün uzunmüddətli və inteqrasiyalı su idarəetmə strategiyalarının hazırlanmasına elmi əsas yaradır.

 

Açar sözlər: Kür çayı, su ehtiyatları, iqlim dəyişmələri, çay axımı, su çatışmazlığı, su idarəetməsi

 


Baxış: 3