Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/51/29-32

Tural Mehdiyev

Azərbaycan Dövlət İqtisad Univeristeti

 doktorant

https://orcid.org/0009-0006-5713-073X

t.v.mehdiyev@gmail.com

 

İqtisadi dayanıqlılığın təmin edilməsində işçi məmnunluğunun rolu və təsirləri

 

Xülasə

İqtisadi dayanıqlılığın təmin olunması müasir dövrdə dövlətlər və təşkilatlar üçün strateji hədəflərdən biridir. Bu prosesdə işçi məmnunluğu əsas determinant amillərdən biri kimi çıxış edir. Çünki əməkdaşların işdən məmnunluq səviyyəsi onların məhsuldarlığına, təşkilati öhdəliklərinə, innovativ fəaliyyətinə və uzunmüddətli əməkdaşlığa birbaşa təsir göstərir. İşçi məmnunluğu yüksək olan müəssisələrdə kadr dövriyyəsi azalır, iş intizamı və əmək motivasiyası güclənir, nəticədə iqtisadi resurslardan daha səmərəli istifadə olunur. Bundan əlavə, əmək bazarında rəqabətqabiliyyətli və stabil təşkilati mühitin formalaşması milli iqtisadiyyatın davamlı inkişafını stimullaşdırır. Araşdırmalar göstərir ki, işçi məmnunluğu yalnız mikro səviyyədə müəssisə fəaliyyətini gücləndirmir, həm də makro səviyyədə iqtisadi dayanıqlılığın möhkəmlənməsinə, sosial sabitliyin qorunmasına və ümumi rifah səviyyəsinin yüksəlməsinə töhfə verir. Bu baxımdan, işçi məmnunluğunun idarə olunması iqtisadi siyasətin və idarəetmə strategiyalarının mühüm istiqamətlərindən biri kimi qiymətləndirilməlidir.

Açar sözlər: işçi məmnunluğu, iqtisadi dayanıqlılıq, əmək məhsuldarlığı, təşkilati öhdəlik, motivasiya


Baxış: 380