https://doi.org/10.36719/2789-6919/40/29-36
Dağbəyi Allahverdiyev
AMEA, İqtisadiyyat İnstitutu
iqtisad üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0003-2679-2024
Nigar Allahverdiyeva
Bakı Dövlət Universiteti
nigarallahverdiyeva556@gmail.com
https://orcid.org/0000-0003-0977-3854
Pərvin Ağayeva
Azərbaycan Memarlıq və İnşaat Universiteti
magistrant
agayevapervin0@gmail.com
https://orcid.org/0009-0007-9022-7207
İqtisadi effektivliyin artım şərtləri
Xülasə
Tədqiqatda dünya iqtisadiyyatının mövcud şəraitdə riyazi quruluşu təhlil edilmişdir. Davamlı iqtisadi dalğanın artım tempinin riyazi təsviri və optimal həll metodu sosial-siyasi rifah konteksində tədqiq edilmişdir. Mövcud şəraitdə ölkənin siyasi-iqtisadi məsuldarlığı və tərəqqisini şərtləndirən gəlir bərabərliyi, makroiqtisadi göstəricilər qiymətləndirilmişdir. İqtisadi tarazlığın təmin edilməsində riyazi təsviri ümumi daxili məhsulun artım tempində araşdırılmışdır. Bununla yanaşı, dünya iqtisadi sisteminin kompleks əlaqələri, regional iqtisadiyyatların təsir gücü və qarşılıqlı təsirlər nəzərə alınmışdır. Ölkələr arasında iqtisadi və ticarət əlaqələrinin möhkəmlənməsi üçün əsas olan amillər araşdırılmış, gəlirlərin bərabər paylanmasının əhəmiyyəti qeyd edilmişdir. Tədqiqatda, həmçinin, iqtisadi qərarların qəbulunda nəzərə alınmalı olan strateji meyarlar, dayanıqlı iqtisadi inkişafı dəstəkləyən əsas faktorlar müəyyən edilmişdir. Makroiqtisadi göstəricilərin dəqiqləşdirilməsi və iqtisadi dalğaların struktur xüsusiyyətlərinin dərin təhlili iqtisadi idarəetmə proseslərinin optimallaşdırılmasına yönəldilmişdir. Bu konteksdə mövcud iqtisadi şəraitdə dayanıqlı inkişafı təmin edəcək effektiv riyazi modellərin tətbiqinə dair tövsiyələr irəli sürülmüşdür.
Açar sözlər: iqtisadi artım, iqtisadi artım dalğası, iqtisadi tərəqqi, insan rifahı, riyazi iqtisadi təsvir