Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/50/77-80

Fərhad Atakişiyev

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu

doktorant

https://orcid.org/0009-0006-2952-0386

atakishiyevfarhad@gmail.com

 

İqtisadi təhlil modelləri: struktur təhlil

 

Xülasə

 

Bu tədqiqat iqtisadiyyatda struktur dəyişikliklərin və struktur yerdəyişmələrin nəzəri və metodoloji əsaslarını araşdırır, onların dinamik və çoxölçülü xarakterini vurğulayır. İşdə göstərilir ki, bu anlayışlar çox vaxt bir-birinin sinonimi kimi istifadə olunsa da, struktur yerdəyişmələr, adətən, struktur dəyişikliklərdən əvvəl baş verir və iqtisadi sistemlərdə yaranan böhranlarla əlaqələndirilir. Tədqiqat, həmçinin, koqnitiv və davranış yönümlü ölçüləri təhlil edir, idrak, qərar qəbuletmə və təşkilati adaptasiyanın iqtisadi transformasiyaya necə təsir etdiyini nümayiş etdirir. Bundan əlavə, tədqiqat struktur yerdəyişmələrin hissedilmə həddini müəyyən etmək üçün Veber–Fexner qanununu tətbiq edir və psixofizioloji aspektləri iqtisadi təhlilə inteqrasiya edir. Nəticələr göstərir ki, struktur yerdəyişmələr təkcə kəmiyyət dəyişiklikləri deyil, həm də iqtisadi inkişafı formalaşdıran keyfiyyət və idrak transformasiyalarıdır.

Açar sözlər: struktur dəyişiklik, struktur yerdəyişmə, iqtisadi struktur, koqnitiv transformasiya, davranış yönümlü yerdəyişmə, Veber–Fexner qanunu, dayanıqlı inkişaf

 


Baxış: 122