Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

Abdulla Mustafayev

Naxçıvan Dövlət Universiteti

Naxçıvan, Azərbaycan

mustafayevabdulla78@gmail.com

Rəsul Bağırov

Naxçıvan Dövlət Universiteti

Naxçıvan, Azərbaycan

resulbagirov@ndu.edu.az

Zamin Əliyev

Naxçıvan Dövlət Universiteti

Naxçıvan, Azərbaycan

tarix üzrə fəlsəfə doktoru

zaminalisoy@gmail.com

Yaşar Rəhimov

Naxçıvan Dövlət Universiteti

Naxçıvan, Azərbaycan

tarix üzrə fəlsəfə doktoru

yasharrahimov@ndu.edu.az

 

İrəvan şəhərində türk-islam abidələrinə qarşı erməni vandalizmi

 

Xülasə

 

Təqdim olunmuş araşdırmada indi “Ermənistan” adlandırılan Qərbi Azərbaycanın mühüm tarixi-mədəni mərkəzlərindən biri olan İrəvan şəhərində mövcud olmuş Türk-İslam memarlıq abidələri, xüsusilə məscidlər və onların tarixi taleyi araşdırılmışdır. İstinad edilmiş tarixi mənbələr, tədqiqat əsərləri bir daha onu göstərir ki, İrəvan şəhəri qədim dövrlərdən etibarən Azərbaycan türklərinin mühüm yaşayış və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bu şəhərdə formalaşmış zəngin maddi-mədəni irs Azərbaycan xalqının tarixini, dini həyatını və memarlıq ənənələrini özündə əks etdirir. Həmin irsin mühüm hissəsini İslam dini ilə bağlı memarlıq abidələri, xüsusilə məscidlər təşkil etmişdir. Məqalədə İrəvan şəhərində mövcud olmuş məscidlərin yaranma tarixi, memarlıq xüsusiyyətləri və şəhərin ictimai-mədəni həyatındakı rolu haqqında geniş məlumat verilmişdir.

Arxiv sənədləri və elmi araşdırmalar əsasında müəyyən edilir ki, XX əsrin əvvəllərində İrəvan şəhərində, bütövlükdə isə İrəvan quberniyasının ərazisində yüzlərlə məscid fəaliyyət göstərmişdir. Əfqan Vəliyevin 2023-cü ildə nəşr etdirdiyi "Qərbi Azərbaycanda (indiki Ermənistanda) dağıdılmış, erməniləşdirilmiş və ya digər xalqlara aid edilmiş abidələr" kitabında Qərbi Azərbaycan torpaqlarında müxtəlif tarixi dövrlərdə, xüsusən də 1987-1991-ci illərdəki son deportasiyadan sonra mövcud olan məscidlər də daxil olmaqla 144 abidə haqqında məlumat verilir. Çar Rusiyasının köməyi ilə Azərbaycan torpaqlarına köçürülən və yerləşdirilən ermənilər yerli əhalinin hüquqlarını görməzdən gəlmiş, əsrlər boyu burada yaradılmış tarixi və mədəni irsi mənimsəmiş və ya məhv etmişlər.

Məqalənin yazılmasında tarixi faktlara əsaslanan mürəkkəb və çoxşaxəli metodoloji yanaşmalardan-tarixi-analitik metoddan, müqayisəli təhlil metodundan istifadə edilmiş, istifadə olunan məlumatların etibarlılığı, obyektivliyi və mənşəyi mənbə təhlili yanaşması ilə qiymətləndirilmiş, mövcud məlumatlar keyfiyyət tədqiqat metodu ilə şərh edilmiş və vandalizm aktlarının siyasi, mədəni və ideoloji səbəbləri izah edilmişdir.

Tədqiqat nəticəsində belə qənaətə gəlinir ki, İrəvanda mövcud olmuş məscidlər yalnız dini ibadət məkanları deyil, həm də Azərbaycan xalqının tarixini, mədəniyyətini və memarlıq ənənələrini əks etdirən mühüm maddi-mədəni irs nümunələridir. Bu abidələrin tarixinin öyrənilməsi və onların elmi əsaslarla tədqiqi regionun tarixi-mədəni irsinin daha dolğun şəkildə araşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Açar sözlər: İrəvan məscidləri, Müasir "Ermənistan", Qədim türk-oğuz yurdu, Qərbi Azərbaycan, Mədəni irs, Erməni vandalizmi, Göy məscid


Baxış: 5