Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/54/7-13

 

Şərəbanı Məmmədova

Naxçıvan Dövlət Universiteti

https://orcid.org/0000-0002-8425-5080

sherebani@gmail.com

Nadir Hüseynbəyli

Naxçıvan Dövlət Universiteti

tarix üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0006-5541-6814

nadirhuseynbeyli@ndu.edu.az

Fəxrəddin Cəfərov

Naxçıvan Dövlət Universiteti

tarix elmləri doktoru

https://orcid.org/0009-0006-5541-6814

fexreddinceferov@gmail.com

 

“İrəvani” imzası ilə tanınan Azərbaycan ziyalıları


Xülasə

 

Məqalədə İrəvan şairlərinin fəaliyyətindən, onların yaradıcılığının qiymətləndirilməsi və bu sənətkarların ədəbiyyat tariximizdəki rolundan bəhs olunur. “Mərkəzi-üləma, füzəla və şüəra” şəhəri olan İrəvan böyük alimlər və müctəhidlər yetirmiş, elm və mədəniyyət tariximizə “İrəvani” təxəllüsü ilə daxil olmuş bir çox alim, ədəbiyyat və mədəniyyət xadimi mədəniyyətimizə önəmli töhfələrini vermişdir. Əslən İrəvandan olan, xarici ölkələrdə “İrəvani” soyadı və təxəllüsü ilə yazıb-yaradan onlarla elm və mədəniyyət xadimi haqqında məlumatlar mövcuddur. Dəlil İrəvani, Daniş Mirzə Rzaxan, Əbülqasim İrəvani, Mollabaşı Hacı Mirzə Əbdülkərim İrəvani-Təbrizi, Bəzmi, Ləli, Müttəlli, Sabir Hacı Rza Dilmani, Fəzləli Təbrizi, Hərif, Höccət, Şakir İrəvani, Fəxri İrəvani, Qabil İrəvani, Qüdsi İrəvani, Nazim İrəvani adlı sənətkar və alimlərdən bəhs edilmişdir. Firudin bəy Köçərli Azərbaycan ədəbiyyatı tarixi əsərinin müəllifi adları çəkilən müəlliflər haqqında daha geniş məlumat vermiş, əsərlərindən nümunələri təhlilə cəlb etmişdir. İrəvani imzası daşıyan, lakin İrəvandan kənarda yaşayan elm və mədəniyyət xadimləri haqqında da məlumat verilmiş, onların tərcümeyi-halı və yaradıcılığı haqqında mübahisəli məsələlərə aydınlıq gətirilmişdir.

Açar sözlər: Azərbaycan, İrəvani, imza, şair, təxəllüs

 

 


Baxış: 31