DOI: https://doi.org/10.36719/2706-6185/46/276-282
Rəşid Nuriyev
Azərbaycan Dövlət İqtisad Universiteti
magistrant
https://orcid.org/0009-0002-2074-5176
residnuri41@gmail.com
İşğaldan azad olunan ərazilərimizdə kənd təsərrüfatı sahəsinin bərpası istiqamətləri və istehsal göstəricilərinin proqnozlaşdırılması
Xülasə
İşğaldan azad edilmiş torpaqlarımızda kənd təsərrüfatının bərpası və inkişafı hazırda qarşımızda duran əsas vəzifələrdəndir. Bu məqalədə münaqişələrin, müharibələrin kənd təsərrüfatına vurduğu ziyanlar və postkonflikt zonalarda kənd təsərrüfatının bərpası ilə bağlı dünya təcrübəsinin icmalı verilmişdir. Bunun əsasında Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində kənd təsərrüfatının bərpası və istiqamətləri müəyyən olunmuş, habelə bu ərazilərdə kənd təsərrüfatının bərpası nəticəsində gözlənilən istehsal göstəriciləri proqnozlaşdırılmışdır.
Açar sözlər: işğaldan azad olunmuş ərazilər, kənd təsərrüfatının bərpası, torpaq islahatı, əkin sahəsi, heyvanların baş sayı, bitkiçilik məhsulları, heyvandarlıq məhsulları, perspektiv istehsal, proqnoz