https://doi.org/10.36719/2663-4619/109/14-19
Fərid Mehdiyev
Azərbaycan Dövlət Aqrar Universiteti
iqtisad elmləri üzrə fəlsəfə doktoru
Əli Vəliyev
Azərbaycan Texnologiya Universiteti
İşgüzar münasibətlərin yeni formaları və inkişaf meyilləri
Xülasə
Çağdaş dünyamızda bir çox sahələrdə qloballaşma meyilləri artıq mədəniyyət və məişətimizdə mental ənənələrimizə zənginlik gətirməkdədir. Əvvəlcə ailədən, ata-ananın verdiyi tərbiyədən qaynaqlanan davranış vərdişləri sonralar uşaq bağçasında, məktəbdə və əmək kollektivlərində daha da cilalanır və yeni çalarlar ərz edir. Harada işləməsindən asılı olmayaraq, insan davranış qaydalarına, etik normalara riayət edirsə, şəxsi nümunəsi ilə seçilirsə, ətraf aləmdə artıq özü haqqında müsbət fikir formalaşdırır. Əmək kollektivlərinə, istər istehsalat, yaxud biznes dünyasına yeni üzv olmuş hər bir şəxs əgər işində uğur qazanmaq istəyirsə, o, birinci növbədə işgüzar mədəni etiketlərin "qızıl" qaydalarını bilməlidir.
Məqalədə müasir işgüzar münasibətlərin yeni formaları, xüsusilə uzaqdan iş rejimi, freelans əməkdaşlıqlar və dayanıqlı inkişaf prinsiplərini təhlil edilir. Elmi yenilik kimi dayanıqlı inkişaf meyillərinin iş mühitində tətbiqi vurğulanır.
Açar sözlər: işgüzar davranış, iş modeli, rəqəmsal texnologiyalar, iş mədəniyyəti, sosial məsuliyyət