DOI: https://doi.org/10.36719/2706-6185/53/87-92
Mehmet Ergün
Bartın Universiteti
https://orcid.org/0000-0002-6149-2358
mergun@bartin.edu.tr
İslam hüququna görə iş əxlaqı
Xülasə
Toplumsal həyatı tənzimləyən qaydalardan biri də əxlaqdır. Ümumi bir təriflə əxlaq — bir cəmiyyətdə yaxşılıq və pislik barədə mövcud olan bir sıra dəyər mühakimələrinə əsasən edilməsi və ya edilməməsi gərəkən davranışlara aid qaydalar bütünü deməkdir. Elə ki, əxlaqi qaydalar dini və hüquqi qaydalar kimi insanın davranış formalarını tənzimləyən çox güclü bir təsirə malikdir. Hətta hüquq nizamına riayət yalnız dövlət gücü ilə təmin edilə bildiyi halda, əxlaqi əmr və qadağalarda hüquqda olduğu kimi məcburetmə yoxdur; əxlaqda vəzifə və vəzifə şüuru vardır. Vəzifə şüuru isə insanın vicdanını hərəkətə gətirməsi baxımından bütün hüquqdan və hüquqi otoritetdən daha təsirlidir.
İş əxlaqı kontekstində də işçi və işəgötürən arasında meydana çıxa biləcək münaqişələrin qarşısını almaq və ya onların şiddətini minimuma endirmək üçün tərəflərin qarşılıqlı bəzi hüquq və məsuliyyətləri mövcuddur. Bu əsas çərçivədə işçi ilk növbədə öz sağlamlığına diqqət etməli, sağlamlığını riskə atacaq hallardan uzaq durmalı, işini düzgün yerinə yetirməli, işəgötürənə məxsus avadanlıqlardan düzgün istifadə etməli və müəyyən edilmiş iş saatlarına riayət etməlidir.
Bunun müqabilində işəgötürən də müqavilə ilə müəyyən edilmiş əməkhaqqını işçiyə vaxtında ödəməli, ona insani münasibət göstərməli, işçiyə işə uyğun iş geyimi ilə keyfiyyətli iş alətləri təmin etməlidir. Bundan əlavə, işəgötürən işçisinin sağlamlıq, müalicə, yemək, istirahət və ibadət kimi hüquqlarını da qarşılamalıdır. İşçi–işəgötürən münasibətləri çərçivəsində işəgötürən “Onlara yediyinizdən yedirin! Geyindiyinizdən geyindirin!” ümumi prinsipinə uyğun davranmalıdır. Bu araşdırma məqaləsində “İslam Hüququna Görə İş Əxlaqı” mövzusu dəlilləri ilə işlənəcəkdir.
Açar sözlər: İslam hüququ, iş, əxlaq, iş əxlaqı