Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/122/34-39

Mehmet Ergün

Bartın Universiteti

https://orcid.org/0000-0002-6149-2358

mergun@bartin.edu.tr

 

İslam hüququna görə sağlamlıq və onun əhəmiyyəti

 

Xülasə

 

İslam hüququ baxımından ibadətlərin icrasında sağlamlığın rolu və əhəmiyyəti danılmazdır. Bu səbəbdən, Həzrət Adəmdən başlayaraq bütün ilahi şəriətlərdə qorunması zəruri olan əsas prinsiplər arasında “nəfsin (canın) və ağlın mühafizəsi” xüsusi yer tutur. Çünki dini baxımdan mükəlləf sayılan insanın əvvəlcə Allah-Təalaya, daha sonra isə digər varlıqlara qarşı öhdəliklərini lazımi şəkildə yerinə yetirə bilməsinin ilkin şərti onun həm ruhi, həm də cismani baxımdan sağlam olmasıdır. İslam dini bu əsasdan çıxış edərək sağlamlığın qorunmasını şəri dəlillərlə vacib qılmış, insan sağlamlığını təhlükəyə ata biləcək davranışları və zərərli vasitələri isə bütövlükdə haram və hüquqa zidd əməllər sırasında təsbit etmişdir.

Digər varlıqlardan üstün şəkildə yaradılan insanın iman gətirmək, düşünmək, ibadət etmək və yer üzündə “xəlifəlik” vəzifəsini daşımaq kimi missiyaları onun sağlam olmasını zəruri edir. Bununla yanaşı, insan təbiətində mövcud olan fanilik, zəiflik və dözümsüzlük xüsusiyyətləri səbəbi ilə o, bəzən xəstəlik, əlillik və digər bədən zəiflikləri ilə qarşılaşa bilər. Bu baxımdan, sağlam halda alınan tək bir nəfəs belə insan üçün dünyanın ən qiymətli neməti sayılmalıdır. Xəstəlik halında isə münasib müalicə üsullarının tətbiq olunması bədənə qarşı dini bir vəzifə olaraq qəbul edilməlidir.

Beləliklə, bu məqalənin mövzusu olan “İslam hüququna görə sağlamlıq və onun əhəmiyyəti” məsələsinin mahiyyəti bundan ibarətdir: yaradılışının əsas məqsədi ibadət olan insan nə qədər sağlam bir bədənə sahibdirsə, bir o qədər keyfiyyətli və rahat şəkildə ibadət edə bilər. Bu isə insanın, ona əmr və qadağalar qoyan Şəriət qanunvericisi olan Allah-Təalanın razılıq və məqbuliyyətini qazanmasına səbəb olur.

Açar sözlər: İslam hüququ, sağlamlıq, xəstəlik, müalicə


Baxış: 263