Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/123/82-88 

Mehmet Ergün

Bartın Universiteti

https://orcid.org/0000-0002-6149-2358

mergun@bartin.edu.tr

 

İslam şəriətinə görə əməyin və işin müqəddəsliyi

 

Xülasə

 

İnsanın kainatda varlığı, payı və hökmranlığı onun zəhməti və əməyi ilə mütənasibdir. İnsan üçün ən müqəddəs qazanc öz əlləri ilə istehsal etdiyi və qazandığı şeylərdir. Əsas qaydaya görə, insanın zəhməti heç vaxt hədər getmir və zəhmətinin qarşılığı bir gün mütləq ona tam şəkildə veriləcəkdir. Bu səbəbdən də insanlara kəndirləri ilə dağa çıxıb istehsalat fəaliyyətində iştirak etmək, bir dəstə odun gətirmək tövsiyə edilmiş, tənbəllikdən və dilənçilikdən uzaq durmaları şiddətlə istənilmişdir. Allahın insanlara rəhbər olaraq göndərdiyi bütün peyğəmbərlər müxtəlif peşələrlə məşğul olmuş, heç kimdən asılı olmadan özlərini və ailə üzvlərini halal və qanuni yollarla təmin etmişlər. Onlar “tərin müqəddəsliyi və halal qazanc” prinsipini peyğəmbərlərin sünnəsi olaraq geridə qoymuşlar.

İşləmək və istehsal etmək həyata mənəvi dəyər, sülh və bolluq verən müqəddəs bir səydir. Allahın bəşəriyyətə bəxş etdiyi ağıl, bədən, sağlamlıq və iradə ilə Allahın razı olduğu işlərdə çalışmaq insana hörmət və ehtiram səbəbidir. Tənbəllik, məsuliyyətsizlik və qazanc əldə etmədən bəzi ədalətsiz və  qanunsuz yollarla gəlir axtarmaq insan ləyaqətinə zidd davranışlar kimi qiymətləndirilmişdir. Müsəlman insan bir tərəfdən öz həyatını dolandırmaq üçün lazım olan ruzisini qazanmağa çalışar, digər tərəfdən də məsul olduğu ailə üzvlərini təmin edər. Bundan əlavə, qazandıqlarını ibadət məqsədilə ictimai məsuliyyət hissi ilə paylaşmaqla dünya və axirət səadətini axtarar.

Dünya və axirətlə bağlı bu çoxşaxəli faydaya görə, İslam dininə əsasən, əmək və iş müqəddəs hesab olunur. Bu səbəbdən bu məqalədə “İslam şəriətinə görə əməyin və işin müqəddəsliyi” mövzusu dəstəkləyici dəlillərlə araşdırılır.

Açar sözlər: İslam hüququ, əmək, iş, istehsal, müqəddəslik


Baxış: 44