Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/43/32-36

Aynur Nəsirova

Bakı Dövlət Universiteti

filologiya üzrə fəlsəfə doktoru

aynur.bsu@gmail.com

https://orcid.org/0000-0002-2463-8813

 

İxtisaslaşmış televiziyalarda xəbərin qrafik həlli

 

Xülasə

Rəqəmsal televiziyaların geniş əraziləri əhatə etməsi televiziya jurnalistləri qarşısında yeni im­kanlar açıb. Texnologiya və izləyici istəyindəki fərqlilik isə ixtisaslaşmış kanalların yaranmasına səbəb olub. 

Məqalədə ixtisaslaşmış kanalların ümumi kanallarla oxşar və fərqli cəhətləri, hədəf auditori­yaları, yayım prosesində istifadə edilən yeni texnologiyalar, tematik yayımda xəbərin qrafik həlli, data jurnalistikanın önəmi, xüsusiyyətləri, Azərbaycanda tətbiqi araşdırılıb. Araşdırmada vizuallaş­dırmanın televiziya xəbərlərində ilk tələb kimi ortaya qoyulmasına diqqət çəkilib. Bildirilib ki, mü­asir televiziyalarda xəbərlərin təqdimatında vizual və audio effektlərə geniş yer verilməklə yanaşı, qrafik həll də mühüm əhəmiyyət kəsb edir. Televiziya yayımında yeni texnologiyalardan istifadə məzmunun yaradılması, ötürülməsi və istehlak prosesini kökündən dəyişib. Qrafiklər, xəritələr, in­foqrafikalar, animasiyalar xəbərin məzmununu daha anlaşılan edir, keyfiyyəti və təsir gücünü artı­rır. Müasir texnologiyalar yayımın keyfiyyəti ilə yanaşı, səmərəliliyini və interaktivliyini də artırıb. Azərbaycanda data jurnalistikaya önəm verən media orqanlarının fəaliyyətinin araşdırılması zamanı gəlinən nəticəyə əsasən, qrafikalarla iş istənilən səviyyədə deyil. Səbəb isə bazarın liber formada deyil, büdcə əsasında ayaqüstə qalmasıdır.

Açar sözlər: yayım prosesi, ixtisaslaşmış televiziya, rəqəmsal televiziya, data jurnalistika, xəbər


Baxış: 66