DOI: https://doi.org/10.36719/2789-6919/56/222-227
Şəhla Süleymanlı
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
magistrant
https://orcid.org/0009-0003-8773-5308
feyzullayeva.shahla.matlab.2024@asoiu.edu.az
JME əsaslı sistem üçün yaddaşın statistik analiz alqoritmlərinin reallaşdırılması metodlarının müqayisəsi
Xülasə
Məhdud resurslara malik proqram platformalarında yaddaşın idarə olunması sistem performansının və funksional dayanıqlığın əsas təyinedici faktorlarından biridir. Xüsusilə Java Micro Edition (JME) platforması mobil və daxili qurğular üçün optimallaşdırılmış proqram mühiti olduğundan burada yaddaş istifadəsinin effektiv idarə olunması kritik əhəmiyyət daşıyır. Bu səbəbdən yaddaş davranışının statistik modelləşdirilməsi və analiz alqoritmlərinin proqram səviyyəsində reallaşdırılması metodlarının müqayisəli tədqiqi aktual elmi-praktik problem hesab olunur.
Tədqiqatda JME əsaslı sistemlərdə yaddaş istifadəsinin statistik analizinə yönəlmiş alqoritmik yanaşmalar sistemləşdirilmiş, onların riyazi əsasları təhlil edilmiş və proqram reallaşdırma üsulları müqayisə edilmişdir. Ehtimal paylanması modelləri, zaman sırası analizi, adaptiv monitorinq və proqnozlaşdırıcı modellər nəzəri və eksperimental baxımdan qiymətləndirilmişdir. Müxtəlif reallaşdırma metodlarının effektivliyi hesablama mürəkkəbliyi, yaddaş sərfi, real vaxt reaksiyası, proqnoz dəqiqliyi və sistem sabitliyi meyarları üzrə təhlil edilmişdir.
Aparılan müqayisəli analiz göstərir ki, statistik monitorinq və adaptiv proqnozlaşdırma mexanizmlərinin inteqrasiyası JME sistemlərində yaddaş istifadəsinin optimallaşdırılmasında daha yüksək effektivlik təmin edir. Resurs məhdudiyyətləri şəraitində sadələşdirilmiş ehtimal modellərinə əsaslanan alqoritmlər praktik tətbiq baxımından daha səmərəli hesab olunur.
Açar sözlər: JME, yaddaş idarəetməsi, statistik analiz, performans optimallaşdırılması, modelləşdirmə, daxili sistemlər