Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/43/99-104

Esmira Rövşənova

Bakı Dövlət Universiteti

esmirarovshanova@gmail.com

https://orcid.org/0000-0002-1635-6971

 

Jurnalist yaradıcılığının beynəlxalq prinsiplərinə yeni baxış

 

Xülasə

Məqalədə tarixi şərait, ictimai amillər və siyasi hadisələr fonunda formalaşan mətbuatın nəzəri konsepsiyalarından bəhs olunur. Eyni zamanda dünyada baş verən ictimai-siyasi hadisələr fonunda jurnalist yaradıcılığının beynəlxalq prinsiplərinin get-gedə dəyişməsi, təhrif olunması, əsl mahiy­yətinin ideoloji istiqamətlərə yönəldilməsi faktlarla göstərilir. Müasir informasiya texnologiya­lardan aktiv istifadə olunduğu bir dövrdə sosial media, xüsusilə sosial şəbəkələr özü ilə bir sıra – ayrı-ayrı fərdlərə, sosial qruplara, dövlətə, cəmiyyətə yönəlik təhlükələr gətirir ki, bunlara nəzarət çox zaman mümkün olmur. Bütövlükdə məqalədə Azərbaycanda klassik və müasir media sistem­lərinin fəaliyyət prin­sip­lərindən bəhs olunur və son illərdə beynəlxalq media sistemləri tərəfindən belə prinsiplərin ko­bud şəkildə pozulması halları faktlarla əsaslandırılır. Azərbaycan media sisteminin yeni müstəqillik çağının ilk illərində güvəndiyi və tətbiq etməyə çalışdığı jurnalistikanın beynəlxalq modellərinin Qərbin özündə iflasa uğraması ətrafında təhlillər aparılır. Özündə insan hüquq və azadlıqlarının, media azadlığının qorunması ilə bağlı bu qədər problemlər olduğu halda, Qərbin başqa dövlətlərə demokratiya dərsi verməyə çalışması ikili standartlardan xəbər verir. Ortaya qoyulan bütün faktlar bir daha sübut edir ki, biz Azərbaycan klassik jurnalistikasına söykənməklə daha böyük uğurlar qazana bilərik.

Açar sözlər: Qərb prinsipləri, media sistemi, söz azadlığı, demokratiya, qərəzsizlik, dəqiqlik, ideologiya, konsepsiya


Baxış: 85