https://doi.org/10.36719/2789-6919/43/36-44
Tural Kişizadə
Azərbaycan Dövlət İqtisad Universiteti
doktorant
https://orcid.org/0009-0009-8340-840X
turalkishizada@gmail.com
Kiçik və Orta biznes sahibkarlığın dövlət tənzimləməsində inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə
Xülasə
Kiçik və orta biznes (KOB) iqtisadiyyatın dayanıqlı inkişafında mühüm rol oynayır. Müasir dünyada inkişaf etmiş ölkələr KOB-ların dövlət tənzimlənməsi və inkişafı üçün müxtəlif uğurlu strategiyalar həyata keçirmişlər. Bu məqalə, Azərbaycanın və qonşu ölkələrin – Türkiyə, Gürcüstan, Rusiya və İranın – KOB-ların dövlət tərəfindən tənzimlənməsi sahəsində tətbiq etdiyi siyasətləri və inkişaf etmiş ölkələrin bu sahədəki təcrübələrindən necə yararlana biləcəyini araşdırır.
İnkişaf etmiş ölkələrdə KOB-ların dəstəklənməsi üçün vergi güzəştləri, dövlət subsidiyaları, innovasiya və startaplara yönəlik dəstək proqramları, rəqəmsallaşma təşəbbüsləri və kredit imkanlarının genişləndirilməsi kimi tədbirlər həyata keçirilir. Məsələn, Avropa İttifaqında “Horizon 2020” kimi proqramlar innovativ bizneslərin inkişafını dəstəkləyir, ABŞ-da Kiçik Biznes Administrasiyası (SBA) vasitəsilə sahibkarlara maliyyə yardımları göstərilir, Yaponiyada isə texnologiyaya əsaslanan KOB-ların gücləndirilməsi prioritet istiqamətlərdən biridir.
Açar sözlər: yerli, biznes, sahibkarlıq, subsidiya, istehsal