Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/45/247-251

Ramin Fətullayev

Azərbaycan Dövlət İqtisad Universiteti

https://orcid.org/0009-0008-9883-5976

rafatullayev@outlook.com

 

 

Kiçik və orta biznesin mikromaliyyələşdirilməsinin

mahiyyəti və xüsusiyyətləri

 

Xülasə

Kiçik və orta biznesin (KOB) mikromaliyyələşdirilməsi, ənənəvi bank kreditini əldə etməkdə çətinlik çəkən sahibkarları dəstəkləməyə yönəlmiş maliyyə xidmətləri sistemidir. Mikromaliy­yələşdirmənin əsas məqsədi kiçik müəssisələr və startaplar üçün kapitala çıxış imkanı yaratmaqdır ki, bu da onların inkişafına, məşğulluğun artmasına və iqtisadi inkişafa töhfə verir. Mikromaliy­yələşdirmənin xüsusiyyəti, girov tələb olunmadan, sadələşdirilmiş prosedur əsasında kiçik məbləğdə kreditlərin verilməsidir. Həmçinin, sahibkarların maliyyə və biznes idarəçiliyini effektiv şəkildə həyata keçirmələrinə kömək edən məsləhət və tədris proqramlarını da əhatə edir. Buna baxmayaraq, mikromaliyyələşdirmə xüsusilə inkişaf etməkdə olan ölkələrdə kiçik biznesin inkişafında mühüm rol oynayır, innovasiyaları təşviq edir, yeni iş yerləri yaradır və insanların həyat səviyyəsini yüksəldir. Nəticə etibarilə, mikromaliyyələşdirmə maliyyə inklüzivliyinin və sahibkarlığın dəstəklənməsinin vacib alətinə çevrilir.

Açar sözlər: kiçik və orta biznes, mikromaliyyələşdirilmə, maliyyə, biznes, idarəçilik


Baxış: 96