Kiçik və orta bizneslərdə süni intellektin tətbiqi və
iqtisadi səmərəliliyə təsiri
Vüsal Heydərov1*
, Jalə Məmmədova2
Xülasə. Bu məqalədə kiçik və orta bizneslərdə süni intellektin tətbiqi və onun iqtisadi səmərəliliyə təsiri araşdırılmışdır. Tədqiqatın əsas məqsədi KOBİ-lərdə süni intellektdən istifadə səviyyəsini müəyyən etmək, bu texnologiyanın əmək məhsuldarlığına, xərclərin azalmasına, qərarverməyə, satışlara və ümumi biznes nəticələrinə təsirini qiymətləndirməkdir. Araşdırma çərçivəsində 150 respondent arasında anket sorğusu keçirilmiş və əldə olunan məlumatlar SPSS proqramı vasitəsilə təhlil edilmişdir. Nəticələr göstərir ki, süni intellekt KOBİ-lərdə əsasən marketinq, müştəri xidməti və satış proqnozlaşdırması sahələrində tətbiq olunur. Respondentlərin cavablarına əsasən, süni intellekt iş proseslərini sürətləndirir, məhsuldarlığı artırır və iqtisadi səmərəliliyə müsbət təsir göstərir. Bununla yanaşı, yüksək tətbiq xərcləri, maliyyə resurslarının məhdudluğu və ixtisaslı kadr çatışmazlığı süni intellektin geniş tətbiqinə mane olan əsas amillər kimi müəyyən edilmişdir. Ümumilikdə, tədqiqat süni intellektin KOBİ-lər üçün strateji inkişaf vasitəsi olduğunu və düzgün tətbiq edildikdə iqtisadi səmərəliliyi artırmaq imkanına malik olduğunu göstərir. Əldə olunan nəticələr KOBİ-lər üçün süni intellektin tətbiqi ilə bağlı daha əsaslandırılmış qərarların qəbuluna şərait yaradır. Eyni zamanda bu tədqiqat gələcək araşdırmalar üçün praktik və nəzəri baza kimi çıxış edə bilər.
Açar sözlər: süni intellekt, KOBİ, iqtisadi səmərəlilik, rəqəmsal transformasiya, biznes performansı