Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/125/138-145

Asim Qubadov

Azərbaycan Dövlət İqtisad Universiteti

https://orcid.org/0009-0004-5699-5075

asimkhv@gmail.com

 

Kiçik və orta ölçülü müəssisələr tərəfindən e-ticarətdə süni intellektin tətbiqinə təsir edən amillər

 

Xülasə

 

Texnoloji tərəqqinin sürətlənməsi biznes fəaliyyətinin mahiyyətini köklü surətdə dəyişmişdir. Bu səbəbdən müəssisələr öz fəaliyyət mexanizmlərini daha səmərəli qurmaq və bazarda üstün mövqe əldə etmək üçün yeni texnoloji həllərə daha çox üstünlük verməyə başlamışdırlar. Elektron ticarət sahəsində süni intellektin (Sİ) istifadəsi müasir dövrdə biznesin inkişafında strateji əhəmiyyət kəsb edən sahələrdən biri kimi ön plana çıxmışdır. Bununla belə, hazırda kiçik və orta ölçülü müəssisələrin e-ticarətdə Sİ texnologiyalarını mənimsəməsinə təsir göstərən əsas amillər barədə elmi biliklər məhdud səviyyədədir. Məhz bu boşluğun aradan qaldırılması məqsədilə aparılan bu tədqiqat kiçik və orta ölçülü müəssisələrdə e-ticarət mühitində Sİ alətlərinin tətbiqinə təsir edən determinantları müəyyən etməyi qarşısına məqsəd qoymuşdur. Tədqiqat çərçivəsində eyni zamanda Sİ-nin mənimsənilməsinin müəssisələrin biznes göstəricilərinə təsiri də qiymətləndirilmişdir.

Tədqiqat özündə bir sıra nəzəri yeniliklər və praktik nəticələr ehtiva edir. Eyni zamanda əldə olunan nəticələr kiçik və orta ölçülü müəssisələrin idarəetmə qərarlarının qəbulunda və strateji istiqamətlərin müəyyənləşdirilməsində faydalı informasiya mənbəyi kimi çıxış edir.

Açar sözlər: süni intellekt, kiçik və orta ölçülü müəssisələr, dinamik imkanlar, sahibkarlıq yönümlülüyü, elektron ticarət

 

 


Baxış: 40