DOI: https://doi.org/10.36719/2706-6185/59/201-206
Kənan Əsgərov
Xəzər Universiteti
magistrant
https://orcid.org/0009-0009-1492-6465
kanan.asgerov18@gmail.com
Kiçik və orta ölçülü müəssisələrdə (KOBM) mühasibat uçotunun rəqəmsallaşdırılmasında problemlər və həll yolları
Xülasə
Kiçik və orta müəssisələrdə (KOS) mühasibat uçotunun rəqəmsallaşdırılması artıq yalnız texniki yenilənmə deyil, idarəetmə keyfiyyəti, hesabatlılığın etibarlılığı və vergi uyğunluğunun davamlılığı ilə birbaşa bağlı bir inkişaf istiqamətidir. Rəqəmsal uçot həlləri əməliyyatların daha operativ işlənməsinə, məlumatların vaxtında əldə olunmasına, sənəd dövriyyəsinin elektronlaşdırılmasına və audit izinin güclənməsinə şərait yaradır. Bununla belə, KOS-larda bu keçid çox vaxt zəif inteqrasiya, natamam və ya keyfiyyətsiz məlumat bazası, ixtisaslı kadr çatışmazlığı, dəyişikliklərə müqavimət, kiber-risklər və tətbiq xərclərinin yüksək görünməsi kimi maneələrlə müşayiət olunur. Məqalənin məqsədi Azərbaycanda KOS-larda rəqəmsal mühasibat uçotuna keçidi ləngidən əsas problemləri sistemli şəkildə qruplaşdırmaq, onları IFRS for SMEs yanaşması ilə əlaqələndirmək və praktik baxımdan tətbiq oluna bilən mərhələli həll istiqamətləri təklif etməkdir. Tədqiqat ədəbiyyatın təhlili, normativ-institusional sənədlərin müqayisəsi və KOBİA-nın 2024-cü il sorğu nəticələrinin şərhi əsasında aparılmışdır. Sorğunun nəticələrinə görə ERP istifadəsi 12.2%, bulud texnologiyalarının tətbiqi isə 6.8% səviyyəsindədir ki, bu da KOS-larda rəqəmsallaşmanın əsasən parçalı xarakter daşıdığını göstərir. Məqalədə problemlərin təsnifatı, rəqəmsal alətlər ilə hesabatlılıq tələbləri arasında əlaqə və KOS-lar üçün mərhələli rəqəmsal uçot yol xəritəsi təqdim olunur.
Açar sözlər: KOS, rəqəmsal mühasibat uçotu, ERP, bulud mühasibatlığı, e-qaimə-faktura, e-imza, audit izi, IFRS for SMEs