KOM-ların rəqəmsal transformasiyası: informasiya sistemlərinin səmərəliliyin və rəqabətqabiliyyətliliyin artırılmasındakı rolu
Rəşidə Xeyrullayeva
Xülasə. Müasir qlobal iqtisadiyyatda rəqəmsal transformasiya (RT) kiçik və orta bizneslər (KOB) üçün artıq strateji seçim yox, zəruri mexanizmə çevrilmişdir. Bu tədqiqat informasiya sistemlərinin (İS) təşkilati səmərəliliyin artırılması və davamlı rəqabət üstünlüyünün təmin edilməsində rolunu araşdırır. Araşdırma bulud hesablamaları, blokçeyn və biznes analitikası kimi rəqəmsal alətlərin KOB-ların fəaliyyətini necə yenidən formalaşdırdığını təhlil edir. Rəqəmsal transformasiya prosesi xüsusilə kiber təhlükəsizlik, məhdud resurslar və kadrların rəqəmsal bacarıqlarının yetərsizliyi kimi sahələrdə ciddi problemlərlə üzləşir. Rəqəmsal texnologiyaların tətbiqinin effektivliyi yalnız texnoloji həllərin implementasiyasından deyil, həm də işçi heyətinin rəqəmsal kompetensiyalarının və təşkilati strukturların adaptasiya qabiliyyətinin inkişaf səviyyəsindən asılıdır. Rəqəmsal biznes modellərinə keçid müəssisələrə daha yüksək çeviklik, əməliyyat səmərəliliyi və qlobal bazarlara çıxış imkanı yaradır. Bununla belə, məlumat təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal etimadın qorunması uzunmüddətli uğur üçün həlledici amil olaraq qalır. Texnoloji innovasiyaları, strateji idarəetməni və güclü kibertəhlükəsizlik yanaşmalarını inteqrasiya edən biznes modeli sürətlə dəyişən biznes mühitində davamlı inkişaf və rəqabət qabiliyyətinin qorunması üçün mühüm əhəmiyyət daşıyır.
Açar sözlər: rəqəmsal transformasiya, KOB, informasiya sistemləri, təşkilati səmərəlilik, kiber təhlükəsizlik