Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Konsolidə olunmuş maliyyə hesabatlarının aydınlığına təsir edən amillərin reqressiya analizi

 

Mirzaman Salayev

 

Xülasə. Məqalədə konsolidə olunmuş maliyyə hesabatlarının aydınlığına təsir edən metodoloji amillər araşdırılır. Tədqiqatın nəzəri bazası iqtisadi vahid yanaşması, nəzarət meyarı, qrupdaxili əməliyyatların silinməsi və vahid uçot siyasətinin tətbiqi ilə əlaqələndirilmişdir. Empirik hissə xidmət sferasında mühasibat uçotu, audit və maliyyə idarəetməsi üzrə çalışan 152 respondentin sorğu nəticələrinə əsaslanır. Likert tipli suallar bloku üzrə Cronbach alfa əmsalı 0,987 olmuşdur. Çoxdəyişənli xətti reqressiya modelində asılı dəyişən kimi konsolidə hesabatların maliyyə vəziyyətini ayrıca hesabatlardan daha aydın göstərməsi fikri götürülmüşdür. Müstəqil dəyişənlər qrupdaxili borc və alacaqların tutuşdurulması, daxili əməliyyatların silinməsi, uçot siyasətlərinin uyğunlaşdırılması, ehtiyatların hesablanması və açıqlamaların keyfiyyətidir. Model yüksək izahat gücü göstərmişdir: R²=0,944, F=489,509, p<0,001. Nəticələrə görə aydınlığı əsasən qrupdaxili borc və alacaqların düzgün uzlaşdırılması və ehtiyatların əsaslandırılmış hesablanması izah edir. Məqalədə rəqəmsal paketlər, vahid kodlaşdırma və audit izi üzrə praktik təkliflər verilmişdir.

 

Açar sözlər: konsolidə olunmuş, maliyyə hesabatları, qrupdaxili əməliyyatlar, ehtiyatların hesablanması, maliyyə vəziyyəti hesabatı, açıqlama keyfiyyəti

 


Baxış: 4