Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOIhttps://doi.org/10.36719/2789-6919/45/67-70

Arzu Qasımov

Naxçıvan Dövlət Universiteti

doktorant

https://orcid.org/0009-0001-2857-6373

a.gasimov@ayf.az

 

Könüllülük fəaliyyətinin pedaqoji əsasları və onların

ali təhsil müəssisələrində tətbiqi

 

Xülasə

 

Bu məqalədə könüllülük fəaliyyətinin pedaqoji əsasları və onların ali təhsil müəssisələrində tətbiqi araşdırılır. Könüllülük yalnız sosial iştirak vasitəsi deyil, eyni zamanda, tələbələrin şəxsi və peşəkar inkişafına töhfə verən səmərəli təhsil strategiyasıdır. Tədqiqatda könüllülük anlayışının pedaqoji baxımdan nəzəri əsasları təhlil olunur və onun vətəndaş məsuliyyətini, sosial bacarıqları və təcrübəyə əsaslanan öyrənməni necə inkişaf etdirdiyi vurğulanır. Bundan əlavə, məqalədə universitet tədris proqramlarına könüllülük fəaliyyətinin inteqrasiya olunması ilə bağlı mövcud təcrübələr və modellər araşdırılır və bu fəaliyyətin tələbə kompetensiyalarının formalaşmasında və cəmiyyətin ehtiyaclarına cavab verməsindəki rolu qeyd edilir. Araşdırmanın nəticələri göstərir ki, akademik mühitdə könüllülüyə strukturlaşdırılmış yanaşma tələbələrin fəallığını artırır, cəmiyyətin inkişafına dəstək olur və ali təhsilin təhsil missiyasını gücləndirir.

Açar sözlər: könüllülük və ali təhsil proqramı, peşə bacarıqlarının inkişafı, könüllülüyün təhsilə təsiri, fəal vətəndaşlıq

 

 


Baxış: 57