Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Koronavirus epidemiyasina yoluxmuş ölənlərin

kəfənlənməsi ilə bağlı məsələlər

 

Taloum Hamana1* , Tahar Abdouali2

 

Xülasə. Vəba (Korona) xəstəliyinə tutulmuş vəfat edənlərin kəfənlənməsi ilə bağlı məsələlər ən vacib məsələlərdən hesab olunur, çünki bu, insanların və cinlərin yaradılmasında nəzərdə tutulan ilahi hikmətə daxildir. Hətta əsas məqsədlərdən biri də aləmlərin Rəbbinin sevdiyi və razı olduğu qanuni şəkildə, hər zaman və hər məkanda, səhər-axşam Ona ibadət etməkdir.

Bu tədqiqat Korona epidemiyası dövründə vəfat edənlərin kəfənlənməsi ilə əlaqədar məsələləri bilməyi qarşıya məqsəd qoyur, çünki bu, ibadətlərin ən mühüm fəsillərindən və müasir dövrün elə məsələlərindəndir ki, onları bilmək və onlara diqqət yetirmək lazımdır ki, insanların qarşısındakı yol işıqlandırılsın və bu ibadətin hökmü aydınlaşdırılsın. Beləliklə, insanlar Allaha dərrakə, doğru yol və aydın İslam metodologiyası işığında ibadət edərlər. Əgər əhl-i həll və əqd (müctəhidlər) bu ibadətlə üzləşməyi və onun hökmlərini izah etməyi tərk etsələr, insanlar çaşqınlıq, sərgərdanlıq və anarxiya içində qalacaq və yaxud müctəhidlik dərəcəsinə çatmayan, elmsiz və dəlilsiz fətva verən, beləliklə özü azıb başqalarını da azdıran şəxslərdən fətva istəyəcəklər.

Bu tədqiqat İslam şəriətinin epidemiya dövründə ibadətlərə baxışda rolundan, belə ehtiyaclar zamanı yaranan məsələlərdən, həmçinin fəqihlərin fikirlərindən və onların qəbul etdikləri fiqhi hökmlərə dair dəlil və əsaslarından bəhs edir.

Vəfat edənlərin kəfənlənməsi ilə bağlı məsələlərin həlli üçün fiqh elmində göstərilən səylərə baxmayaraq, bu səylər məsələləri öz dövrünə uyğun olaraq həll etmişdir. Buna görə də, fəqihlər – yəni şəriət elmlərində əhl-i həll və əqd olanlar – müasir dövrün bu cür məsələlərini tədqiq etməli idilər ki, məsələ şəraitə, zamana, məkana və şəxsə uyğun olaraq düzgün anlaşılsın. Kimi haqqa uyğun hökm verər, kimi səhv edər; bu gözlənilən bir haldır və insanın Allah tərəfindən yaradıldığı fitrətə, onda olan nöqsan və qüsur təbiətinə yaddır. Hər şeydə nöqsan vardır, çünki kamil olan yalnız Allahdır.

 

Açar sözlər: vəfat edənin kəfənlənməsi, Korona epidemiyası, İslam fiqhi, müasir məsələlər


Baxış: 7