Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/114/276-279

Sevil Haqverdiyeva

Azərbaycan Dövlət Aqrar Universiteti

https://orcid.org/0009-0000-1238-8338

sevil.haqverdiyeva@gmail.com

Elnarə Orucova

Azərbaycan Dövlət Aqrar Universiteti

https://orcid.org/0009-0001-3876-3682

orucovaelnara@gmail.com

Anar Quliyev

Azərbaycan Dövlət Aqrar Universiteti

https://orcid.org/0009-0002-5549-4063

anar_quliyev74@mail.ru

Gültəkin Muradlı

Azərbaycan Dövlət Aqrar Universiteti

https://orcid.org/0009-0002-8904-9507

gultekin.qedimli@mail.ru

 

Korporativ şəbəkələrdə AAA təhlükəsizliyə nəzarət xidməti

 

Xülasə

 

Məqalədə identifikasiya (authentication), autentifikasiya (authorization) və avtorizasiya (accounting) xidmətlərini göstərən AAA təhlükəsiz korporativ şəbəkə girişi təmin edən təhlükəsizlik komponenti araşdırılmışdır. Başqa sözlə, o, istifadəçilərin identifikasiyası, sorğuların autentifikasiyasının işlənməsi və avtorizasiya məlumatlarının toplanmasını həyata keçirir. Autentifikasiya tələb edən proqramların xüsusi modulu olan AAA server interfeysləri korporasiyanın resursları idarə edir. Tipik olaraq AAA server şəbəkəyə giriş keçid yolu serverləri (network access gateway server), verilənlər bazası və istifadəçi məlumatlarının saxlandığı kataloqlarla qarşılıqlı əlaqədə olur. AAA server şəbəkə resurslarına “ağıllı” nəzarət girişi, siyasətin yerinə yetirilməsi, auditin istifadəsi və xidmətlər üçün lazımi hesablama məlumatlarını təmin edir. Bu proseslərin kombinasiyası effektiv korporativ şəbəkənin idarəsi və təhlükəsizliyi üçün vacib hesab olunur.

AAA xidmətləri əsasən ana AAA server (dedicated AAA server) vasitəsilə təmin edilir. AAA server ilə proqramlar və ya şəbəkə qurğularının əlaqəsi aparıcı əsas standart olan RADIUS-dur (Remote Authentication Dial-in User Service).

İdentifikasiya serveri AAA server kimi ana şəbəkə qurğusudur (dedicated network device). Bu qorunulan şəbəkə sistemlərinə və resurslarına daxil olan trafik üçün doğrulama xidməti təmin edir. İdentifikasiya serveri ilə korporativ proxy təhlükəsizlik divarı birləşdirilir. Belə ki, doğrulama və giriş nəzarət xidmətləri ayrılmış doğrulama serverinə göndərilir. Bu yolla giriş nəzarət siyasəti korporativ şəbəkənin bütün trafikinə uyğunlaşdırıla və tətbiq oluna bilər.

Açar sözlər: korporativ şəbəkə, şəbəkə nəzarəti, təhlükəsizlik, identifikasiya, gizlilik


Baxış: 304