Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/115/319-322

Sevil Haqverdiyeva

Azərbaycan Dövlət Aqrar Universiteti

https://orcid.org//0009-0000-1238-8338

sevil.haqverdiyeva@gmail.com

Anar Quliyev

Azərbaycan Dövlət Aqrar Universiteti

https://orcid.org//0009-0002-5549-4063

anar_quliyev74@mail.ru

Ülviyyə Səfərova

Azərbaycan Dövlət Aqrar Universiteti

https://orcid.org/0009-0004-1102-2114

ulviyaeldar@mail.ru

Sima Məmmədova

Azərbaycan Dövlət Aqrar Universiteti

https://orcid.org/0009-0006-5163-3598

simamemmedova9642@gmailcom

 

Korporativ şəbəkələrdə İDS (intrusion detection system)

təhlükəsizlik sistemi

 

Xülasə

 

Təhlükəsizlik ilə əlaqədar təhdidlərin sayının və növlərinin sürətlə artması ilə birlikdə təhlükəsizlik texnikası da sürətlə inkişaf edir. Şəbəkənin təhlükəsizliyini təmin etmək və girişə icazəsi olmayanların sistemə daxil olub məlumatları ələ keçirməsinin və yaxud da dəyişdirməsinin qabağını almaq üçün ilk olaraq identifikasiya və giriş nəzarəti təhlükəsizlik mexanizmləri inkişaf etdirilmişdir. Amma çox yaxşı giriş nəzarəti və identifikasiyası olan sistemin də bəzi zəiflikləri vardır. İdentifikasiya və giriş nəzarəti təhlükəsizliyin ilk müdafiə qatını təşkil edir. Təhlükələrin artması ilə əlaqədar olaraq sadaladığımız mexanizmdən əlavə yeni mexanizmlərə də ehtiyac duyulur. Təhlükəsizlik divarı, VS (Vulnerability Scanner), İDS kimi mexanizmlər şəbəkə üçün ikinci müdafiə qatını təmin edirlər. Qeyd etdiyimiz bütün təhlükəsizlik mexanizmlərinin hər biri ayrılıqda təhlükəsizlik üçün kifayət deyildir. Korporasiyanın təhlükəsizlik arxitekturasına görə təhlükəsiz bir sistem üçün bu vasitələr bir-birini dəstəkləyəcək şəkildə istifadə olunmalıdır.

İDS qanuni və qanunsuz proseslərin monitorinqini həyata keçirən sistemdir. Bu sistem istər daxili, istərsə də xarici sessiyalara aid bütün informasiyaları toplayır və analiz edir. Hər hansı bir qanunauyğun olmayan hal aşkar olarsa, müxtəlif vasitələrlə xəbərdarlıq edir. Bu, şəbəkə inzibatçıları üçün əlavə bir alət kimi korporativ şəbəkə arxitekturasında öz yerini tutmuşdur. O, bütün daxili və xarici şəbəkələrin aktivliyini yoxlayır və analiz edir. Bütün şübhəli halları – sistemə müdaxilə və bu kimi digər halları üzə çıxarmaq iqtidarındadır.

Açar sözlər: Korporativ şəbəkə, təhlükəsizlik, identifikasiya, təhdidlər, müdafiə sistemi


Baxış: 433