Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/49/54-58

Lalə Məmmədova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

https://orcid.org/0009-0004-0683-7191

lale_memmedova95@bk.ru

 

Korreksiya-inkişafetdirici fəaliyyətin xüsusi təhsil müəssisələrində

tətbiqi və müəllimin rolu

 

Xülasə

 

Xüsusi təhsil müəssisələrində təlim-tərbiyənin təşkili və korreksiya yönümlü fəaliyyətin həyata keçirilməsində müəllimin əvəzsiz rolu vardır. Bu tip məktəblərdə çalışan pedaqoqların funksional vəzifələri ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən fərqlənir. Onların pedaqoji fəaliyyəti həm dövlət təhsil siyasətinə uyğun tədris aparan rəsmi bir şəxs, həm də uşağın şəxsiyyət kimi formalaşmasına və sosial adaptasiyasına dəstək verən bir sosial işçi və eyni zamanda davranış, psixi və sensor çatışmazlıqları olan uşaqlarla işləyən defektoloq və sosial pedaqoq kimi çoxşaxəli rolları özündə birləşdirir. Bu müəssisələrdə müəllimlər, şagirdlərin inkişafındakı mövcud və mümkün ola biləcək problemləri aradan qaldırmağa yönəlmiş düzgün metod və yanaşmaları seçərək, onları dərs prosesinə tətbiq etməklə fəaliyyət göstərirlər. Pedaqoqlar uşaqların yaş xüsusiyyətlərinə uyğun anatomiya və psixofizioloji inkişaf qanunauyğunluqlarını, onların fərdi psixoloji xüsusiyyətlərini dəqiq bilməlidirlər. Müəllim daim təşəbbüskar, yaradıcı olmalı, çətinlikləri olan uşaqlardan ibarət sinfə rəhbərlik edərək təlim prosesində əsas istiqamətverici şəxsə çevrilməlidir. Beləliklə, korrek­siya yönümlü təhsil sahəsində çalışan müəllimlərin şəxsi keyfiyyətləri və peşəkarlığı bir-birini ta­mam­lamalıdır.

Açar sözlər: xüsusi təhsil müəssisələri, pedaqoq, pedaqoji fəaliyyət, təlim-tərbiyə, korreksi­ya­edici


Baxış: 343