Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/115/195-199

Ruslan Hüseynov

Azərbaycan Respublikası DİN-in Polis Akademiyası

https://orcid.org/0009-0002-8487-572X

huseynov.1820@mail.ru

 

Korrupsiya cinayətlərinin ictimai təhlükəlilik dərəcəsi və cəmiyyətə təsiri

 

Xülasə

 

Korrupsiya cinayətləri ictimai təhlükəlilik səviyyəsinə görə ciddi və geniş təsir dairəsinə malik hüquq pozuntularıdır. Bu cinayətlər iqtisadi inkişafı ləngidir, dövlət orqanlarının fəaliyyətində şəffaflığı və ictimai etimadı azaldır, həmçinin sosial ədalətsizlik və qeyri-bərabərliyi dərinləşdirərək cəmiyyətdə narazılıq mühitini gücləndirir. Korrupsiyanın yayılması dövlət idarəçiliyinin səmərəliliyini zəiflətməklə yanaşı, hüquqi dövlət prinsiplərinə, insan hüquqlarına və demokratik təsisatlara mənfi təsir göstərir. Belə cinayətlərin qarşısının alınması üçün hüquqi, institusional və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi zəruridir. Hüquqi tədbirlərlə yanaşı, ictimai nəzarət, şəffaflıq və vətəndaş fəallığı korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayır. Eyni zamanda, gənc nəslin maarifləndirilməsi, etik dəyərlərin təşviqi və elektron hökumət texnologiyalarının tətbiqi bu sahədə mühüm nəticələr verir. Korrupsiyaya qarşı beynəlxalq əməkdaşlıq və dünya təcrübəsinin tətbiqi də səmərəli mübarizəyə töhfə verir. Yalnız kompleks və davamlı tədbirlərlə korrupsiyanın ictimai təhlükəlilik səviyyəsini azaltmaq və hüquqi, ədalətli bir cəmiyyət qurmaq mümkündür.

Açar sözlər: korrupsiya cinayətləri, ictimai təhlükəlilik, sosial təsir, iqtisadi inkişaf, dövlət idarəçiliyi


Baxış: 474