Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/112/139-145

Sevinc Babayeva

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

texnika üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0002-9334-5483

babayeva_sevinc64@mail.ru

Fərid Əliyev

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

magistrant

https://orcid.org/0009-0001-0326-4250

ferid.38006@gmail.com

 

Laçın şəhərində “Ağıllı kənd” layihələrində günəş enerjisindən

istifadənin tədqiqi

 

Xülasə

Bu məqalədə Laçın şəhərində həyata keçirilən ağıllı kənd layihələrində günəş enerjisindən isti­fadənin imkanları və səmərəliliyi tədqiq olunur. Ağıllı kənd konsepsiyası müasir texnologiyaların və bərpa olunan enerji mənbələrinin kənd təsərrüfatında və məişətdə tətbiqi ilə dayanıqlı inkişafı hədəfləyir. Laçın şəhərinin coğrafi və iqlim şəraiti günəş enerjisinin istifadəsi üçün əlverişli imkan­lar yaradır ki, bu da alternativ enerji mənbələrinin inkişafını zəruri edir.

Tədqiqatın əsas məqsədi Laçında günəş enerjisinin tətbiq sahələrini, potensialını və səmərəli­liyini araşdırmaqdır. Bunun üçün elmi mənbələrdən, hesabatlardan və layihə sənədlərindən istifadə olunmuş, həmçinin günəş enerjisi potensialı GeoTSol proqramı vasitəsilə qiymətləndirilmişdir. Bundan əlavə, Laçın şəhərinin enerji tələbatı, mövcud infrastruktur və alternativ enerji sistemlərinin tətbiq imkanları təhlil edilmişdir.

Məqalədə günəş kollektorları və istilik nasoslarının inteqrasiyası ilə enerji səmərəliliyinin artı­rılması yolları göstərilmişdir. Günəş enerjisinin yetərsiz olduğu hallarda digər alternativ enerji mənbələri ilə dəstək mexanizmləri təhlil edilmişdir. Həmçinin, məkan isitmə və isti su təchizatı üçün günəş enerjisindən istifadənin ekoloji və iqtisadi üstünlükləri vurğulanmışdır.

Açar sözlər: Ağıllı kənd, günəş enerjisi, Laçın, bərpa olunan enerji, enerji səmərəliliyi, günəş kollektorları, istilik nasosu, alternativ enerji, ekoloji həllər, dayanıqlı inkişaf

 


Baxış: 46