DOI: https://doi.org/10.36719/2789-6919/44/132-136
Səyyub Babayev
Azərbaycan Texniki Universiteti
Magistrant
https://orcid.org/0009-0008-7994-2311
seyyubbabayev3@icloud.com
Səməndər Məmmədzadə
Azərbaycan Texniki Universiteti
Magistrant
https://orcid.org/0009-0005-1534-1347
semendermemmedov29@gmail.com
Mirbəxtiyar Sadıqov
Azərbaycan Texniki Universiteti
Magistrant
https://orcid.org/0009-0003-3175-5633
mirisadygov10@gmail.com
Rüfət Hacıyev
Azərbaycan Texniki Universiteti
Magistrant
https://orcid.org/0009-0003-2041-4438
haciyevrufat2002@gmail.com
Teymur Çıraqov
Azərbaycan Texniki Universiteti
Magistrant
https://orcid.org/0009-0009-4334-3058
teymur.ciraqov2002@gmail.com
Layihələrdə maliyyə risklərinin idarə edilməsi strategiyaları
Xülasə
Risk problemi demək olar ki, bütün sahələrində birbaşa və ya dolayısı ilə yer alır: maliyyə sahəsində isə qeyd etdiyimiz bu problemin müstəsna, son dərəcə böyük əhəmiyyətə malik olduğunu etiraf etməliyik. Dünya iqtisadi sistemində baş verən dəyişikliklər şəraitində istər müxtəlif maliyyə institutlarının, istərsə də təsərrüfat subyektlərinin fəaliyyəti istiqamətində özünü büruzə verən tendensiyalar kifayət qədər aydın surətdə müşahidə edilir. Haqqında danışdığımız həmin maliyyə bazarı subyektlərinin fəaliyyət mühiti riskin artması ilə əlaqəlidir, çünki onların fəaliyyəti zamanı yaranan vəziyyətlərin qeyri müəyyənliyi və birmənalı olmaması ilə xarakterizə olunur.
Maliyyə risklərinin qiymətləndirilməsi zamanı əldə edilən nəticələr risklərin necə idarə olunmasının obyektiv əsaslandırması kimi çıxış edir, onlara necə yanaşılmasının zəruriliyini nümayiş etdirir. Yəni, onlardan yayınmağa çalışmaq lazımdır, yoxsa riskləri digər qurumlara ötürmək və ya onları qəbul etmək daha maqsədəuyğundur və s. Risklərə münasibət risklərin idarə edilməsinin üç əsas strategiya və müxtəlif metodları (əsas və digər) arasında ən effektiv seçim etməyə imkan verir . Hər bir metodun müxtəlif maliyyə riskləri ilə əlaqədar üstünlükləri və mənfi cəhətləri var. Hər bir konkret vəziyyətdə ən uyğun metodun yaxud metodların seçilməsi çoxlu sayda amillərdən asılıdır.
Maliyyə risk-menecmentinin başlıca vəzifəsi təşkilatın risk ehtimalını və onun təzahürlərinin müxtəlif variantlarından əmələ gələn zərərləri azaltmaq imkanı verən idarəetmə üsullarının, metodlarının seçilməsindən ibarətdir. Metodların hər biri universaldır, onların tətbiqi təşkilatın fəaliyyət göstərdiyi sahənin xüsusiyyətlərindən asılı deyil. Məqalədə maliyyə risklərinin idarə edilməsinin əsas üsullarından diversifikasiya və hedging strategiyalarından danışılır.Hər iki strategiya fərqli məqsədlərə xidmət edir. Bu, müəyyən maliyyə risklərini podratçılara, təchizatçılara və ya sığortaçılara ötürmək üçün sabit qiymətli müqavilələrdən, icra istiqrazlarından və sığorta siyasətlərindən istifadəni əhatə edə bilər.
Açar sözlər: risk anlayışı, risklərinin müəyyən edilməsi, risklərin azaldılması, investisiya layihəsi, maliyyə, layihə riski