Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

https://doi.org/10.36719/2789-6919/42/113-117

Şəhla Əliyeva

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

biologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0006-6971-4679

shahlaaliyeva1969@gmail.com

Fatma Hüseynova

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

tibb üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0009-6805-2302

huseynova01049@gmail.com

Zivər Abseynova

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

https://orcid.org/0009-0009-1366-0896

ziver.abseynova@mail.ru

Sevinc Eyvazlı

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

https://orcid.org/0009-0005-5045-3176

sevincesgerova122@gmail.com

İlhamə Məsimova

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

https://orcid.org/0009-0004-5507-3650

ilhamemasimova73@gmail.com

 

Leyşmaniya parazitlərinin müxtəlif qidalı mühitlərdə in vitro inkişafının müqayisəli öyrənilməsi

 

Xülasə

Leyşmanioz Yaxın Şərq və Aralıq dənizi ölkələrində yayılmış ciddi parazitar xəstəlikdir. Xəstəli­yə qarşı vaksin hazırlanması, törədicinin dərman preparatlarına qarşı həssaslığının öyrənilməsi üçün parazitlərin in vitro kulturasının alınması xüsusi önəm daşıyır.

Leishmania-nın həm ikifazalı, həm də maye mediumlarda kultivasiyası üçün geniş üsullar spektri mövcuddur. Bifaza mediumları parazitlərin ilkin təcrid edilməsi və promastiqotların yüksək yoluxu­culuğuna nail olmaq üçün, maye mühitlər isə geniş miqyaslı təcrübələr üçün daha məqsədəuyğundur. Müxtəlif tədqiqatlarda leyşmaniya parazitləri fərqli qidalı mühitlərdə kultivasiya edilmişdir. Tədqi­qatlar nəticəsində ilkin olaraq tripanosomlar üçün hazırlanmış, bifazalı və maye mühitin üstünlük­lərini özündə birləşdirən ikifazalı SNB-9 (saline-neopeptone-blood) mühitində Leishmania promas­tiqotlarının kultivasiyasının optimallaşdırılması təklif olunmuşdur. Digər tədqiqatlarda L.donovani promastiqotlarının kultivasiyası üçün hemoqlobinli, yeni, qansız bifazalı qidalı mühit; sadə agar , qidalı bulyon, 10% dana rüşeymi zərdabından ibarət medium; yüksək həyatilik qabiliyyətinə malik promastiqot kulturasını təmin edə biləcək, sadə inqredientlərdən ibarət yeni qidalı mühitlər hazırlan­mışdır. Bütün bu tədqiqatlar gələcəkdə leyşmaniya parazitlərinin kultivasiyasında istifadə edilən klassik qidalı mühitə alternativ, daha asan yolla başa gələn yeni mediumların hazırlanması baxımından çox əhəmiyyətlidir.

Açar sözlər: leyşmanioz, Leishmania parazitləri, NNN, SNB-9, RPMİ-1640 mediumu


Baxış: 42