DOI: https://doi.org/10.36719/2706-6185/55/46-53
Sürəyya Allahverdiyeva
Bakı Dövlət Universiteti
doktorant
https://orcid.org/0000-0001-7489-3874
allahverdiyevasurayya@mail.ru
M.Ə.Rəsulzadə: Osmanlı imperiyası və Türkiyə Cümhuriyyətində
Azərbaycanın dövlətçilik tarixi və ənənələrinin
yaşadılması uğrunda mübarizə
Xülasə
Məmməd Əmin Rəsulzadənin mühacirət həyatı və eləcə də Türkiyə dövrü fəaliyyəti bir çox diplomatik missiya mərhələlərini əhatə edir. İlk mühacirət dövründə yazdığı “İran türkləri” silsiləsi ilə tarixşünaslığımızda yeni bir elmin — “Cənub mövzusu”nun təməlini qoymuşdur. 1918-ci il hadisələri zamanı və ən əsas Azərbaycan Xalq Cümhuriyyətinin qurulması istiqamətində kəskin mübarizə aparmışdır. Mətbuat orqanları vasitəsilə sovet işğalı rejiminin mahiyyətini beynəlxalq aləmdə ifşa etmişdir. Ömrünün son mərhələsində Ankarada “Azərbaycan Kültür Dərnəyi”ni yaradaraq milli mədəniyyət və tariximizin elmi təbliğini davam etdirmişdir. Ümumilikdə Rəsulzadənin Türkiyə irsi “bir kərə yüksələn bayraq bir daha enməz” şüarı əsasında formalaşan dövlətçilik ideologiyamızın özəyini təşkil edir.
Açar sözlər: Məmməd Əmin Rəsulzadə, Azərbaycan mühacirət irsi, istiqlal məfkurəsi, milli dövlətçilik, sovet imperializmi