Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/44/35-41

Günay Ələkbərova

Naxçıvan Dövlət Universiteti

https://orcid.org/0009-0003-1236-1786

elekberovagunay30@gmail.com

 

M.T.Sidqi əsərlərində feili birləşmələrin poetik funksiyası

 

Xülasə

 

M.T.Sidqi əsərlərinin dilində həm feili sifət, həm məsdər, həm də feili bağlama tərkiblərinə müxtəlif məqamlarda və müxtəlif qrammatik vəzifələrin icrası ilə əlaqədar rast gəlmək mümkündür. Şair istər mənzum əsərlərində, istərsə də nəsr əsərlərində feili birləşmələrin poetik imkanlarından maksimum səviyyədə faydalanmışdır.

Təqdirəlayiq haldır ki, M.T.Sidqi ideyalarının təbliğində quruluş baxımından həm sadə, həm də mürəkkəb feili sifət tərkiblərinin mühüm əhəmiyyət daşıdığını görürük. Ümumiyyətlə, M.T.Sidqinin maarifçilik ideyalarının tərənnümü məqsədilə qələmə aldığı əsərlərinin dilində mürəkkəb quruluşlu feili sifət tərkiblərinə daha çox rast gəlirik. Azərbaycan dilinin incəliklərinə dərindən bələd olan şair yeni məzmunlu feili sifət tərkiblərinin yaradılmasına xüsusi diqqət yetirmiş, müəyyən mənada milli nitqin mövzusunu yeniləmişdir.

Fikrimizcə, M.T.Sidqi yaradıcılığında feili birləşmələrin, o cümlədən feili bağlama tərkiblərinin geniş yer tutması başqa bir həqiqətdən xəbər verməkdədir. Daha doğrusu, şair-pedaqoq Azərbaycan ədəbi dilinin çətin anlaşılan və qəliz məzmunlu alınmalardan xilas olunması istiqamətində sistemli iş aparmış, bu səbəbdən əsas tərəfi öz sözlərimizdən ibarət feili birləşmələrin imkanlarından faydalanmaqla maarifçilik ideyalarının daha anlaşıqlı dillə ifadəsinə nail olmuşdur.

Maraqlıdır ki, M.T.Sidqinin maarifçilik şeirlərində, eləcə də elmi-publisistik əsərlərində məsdər tərkiblərinə daha çox rast gəlinməkdədir. Müəyyən mənada şair, ümumiyyətlə, alınma sözlərin dildən çıxarılması istiqamətində deyil, dilimizin leksik qatındakı alınmaların işləklik dərəcəsini artırmaq istiqamətində iş aparmış, bunun üçün məsdərlərin dildəki hegemon mövqeyindən gərəyincə faydalanmışdır.

Açar sözlər: Məhəmməd Tağı Sidqi, söz birləşməsi, məsdər tərkibi, feili sifət tərkibi, feili bağlama tərkibi, feili birləşmə


Baxış: 542