DOI: https://doi.org/10.36719/2663-4619/119/16-21
Vüsalə Qaziyeva
Bakı Slavyan Universiteti
filologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0002-0484-676X
vusalagaziyeva73@gmail.ru
M. Y. Lermontovun “Zəmanəmizin qəhrəmanı” romanında
psixologizm aspektləri
Xülasə
Bu işdə M.Y.Lermontovun «Zəmanəmizin qəhrəmanı» romanında psixologizm anlayışına və onun əsərdəki roluna diqqət yetirilir. Əsərdə şəxsiyyətin daxili dünyasının, psixoloji vəziyyətlərinin və ruh halının dərin və çoxqatlı təsviri vasitəsilə müəllif insan psixologiyasını və daxili mübarizəsini geniş şəkildə araşdırır. Romanın qəhrəmanı Peçorin vasitəsilə psixologizmin ədəbiyyatda yeni bir səviyyəyə yüksəlməsi, şəxsiyyətin daxili aləminin və ruh halının detallı və real şəkildə təqdim olunması göstərilir. Bu işdə psixologizmin əsərdəki funksiyası, onun fəlsəfi və ədəbi məzmunu, eləcə də şəxsiyyətin daxili dünyasının təhlili əsas mövzulardan biri kimi nəzərdən keçirilir. Nəticədə, «Zəmanəmizin qəhrəmanı» romanında psixologizm yeni bir mərhələ açır və insan ruhunun dərinliklərinə səyahət üçün zəngin imkanlar yaradır.
Açar sözlər: rus ədəbiyyatı, psixologizm, şəxsiyyət problemi, təhlili yanaşma, fəlsəfi analiz