DOI: https://doi.org/10.36719/2789-6919/55/109-113
Süleyman Mirzəyev
Sakarya Universiteti
https://orcid.org/0009-0001-0995-0569
suleymanmirzayev55@gmail.com
Maddələrə aludəçiliklə mübarizədə sosial siyasətin rolu
Xülasə
Bu məqalədə sosial siyasətin narkomaniyaya qarşı mübarizədə rolundan çox geniş yanaşmadan bəhs edilir. Narkotik maddələrdən sui-istifadə insanların fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərən və bütövlükdə cəmiyyəti təhdid edən problem kimi qiymətləndirilir. Sosial siyasətin profilaktik maarifləndirmə proqramları, ailəyə dəstək xidmətləri, gənclər siyasəti və reabilitasiya proqramları vasitəsilə narkomaniya ilə mübarizədə effektiv məlumatlar təqdim etdiyi vurğulanır. Türkiyədə institusional mübarizə mexanizmləri araşdırılmış və Yaşıl Aypara, AMATEM və sosial xidmət təşkilatları arasında əməkdaşlığın əhəmiyyəti ortaya qoyulmuşdur. Tədqiqat nəticəsində belə qənaətə gəlinir ki, narkomaniyaya qarşı effektiv mübarizə yalnız bütöv, hüquqa əsaslanan və davamlı sosial siyasətlə mümkün ola bilər.
Açar sözlər: maddə asılılığı, sosial siyasət, profilaktik xidmətlər, reabilitasiya, sosial iş