Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/47/189-192

Əsəd Cəbiyev

Azərbaycan Dövlət İqtisad Universiteti

magistrant

https://orcid.org/0009-0003-7384-786X

asedcebiyev@gmail.com

 

Maliyyə hesabatları və fəaliyyət metrikləri

 

Xülasə

 

Maliyyə hesabatları və fəaliyyət metrikləri müəssisələrin maliyyə vəziyyətini, fəaliyyət səmərəliliyini və gəlirliliyini ölçmək və qiymətləndirmək üçün istifadə olunan əsas alətlərdir. Bu hesabatlar müəssisənin maliyyə performansı barədə maraqlı tərəflərə, o cümlədən investorlar, kreditorlar, rəhbərlik və tənzimləyici qurumlara aydın və əhatəli məlumat təqdim edir. Maliyyə hesabatlarının tərkibinə əsasən balans hesabatı, mənfəət və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatı və kapitalda dəyişikliklər hesabatı daxildir. Balans hesabatı müəssisənin müəyyən bir dövrdəki maliyyə vəziyyətini əks etdirir və aktivlər, öhdəliklər və kapital kimi əsas komponentlərdən ibarətdir. Bu hesabatdan müəssisənin likvidliyi, maliyyə dayanıqlığı və borc yükü barədə nəticə çıxarmaq mümkündür. Mənfəət və zərər hesabatı isə müəssisənin gəlir və xərclərini göstərir və müəyyən dövr ərzində mənfəətin və ya zərərin nə qədər olduğunu müəyyənləşdirir. Bu hesabatdan əməliyyat səmərəliliyi və gəlirliliyi barədə fikir əldə etmək mümkündür. Pul vəsaitlərinin hərəkəti hesabatı müəssisənin nağd pul daxilolmaları və çıxışlarını izləyir. Bu hesabat əməliyyat, investisiya və maliyyələşdirmə fəaliyyətləri üzrə pul vəsaitlərinin hərəkətini göstərərək müəssisənin ödəmə qabiliyyəti və nağd pul axınları barədə məlumat verir. Kapitalda dəyişikliklər hesabatı isə müəssisənin kapital strukturundakı dəyişiklikləri əks etdirir və səhmdarların payı ilə bağlı dəyişiklikləri göstərir.

Açar sözlər: fəaliyyət metrikləri, balans hesabatı, maliyyə metrikləri, cari nisbət, nağd pul axını


Baxış: 51