DOI: https://doi.org/10.36719/2789-6919/54/125-131
Mahruh Nağıyeva
Azərbaycan Dövlət Aqrar Universiteti
əczaçılıq üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0001-2514-0398
mahrux.nagiyeva@adau.edu.az
Aytəkin Məmmədova
Azərbaycan Dövlət Aqrar Universiteti
əczaçılıq üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0001-5834-2546
aytakin.mammadova@adau.edu.az
Şəfiqə Cəfərova
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0009-0004-8994-6923
shafiqa.cafarova@adau.edu.az
Fatimə Rəşidova
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0009-0001-0180-599X
fatima.rashidova@adau.edu.az
Hüseyn Kazımzadə
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0000-0002-0387-1317
huseyn.kazimzada@adau.edu.az
Malva sylvestris L. bitkisinin etnofarmakoloji, farmakoqnostik və
fitoterapevtik xüsusiyyətləri
Xülasə
Malva sylvestris L. (Malvaceae) uzun əsrlərdir xalq təbabətində geniş istifadə olunan, zəngin bioloji aktiv maddələr kompleksi ilə seçilən qiymətli dərman bitkisidir. Təqdim olunan icmal məqalədə Malva sylvestris L. bitkisinin etnofarmakoloji istifadəsi, farmakoqnostik xüsusiyyətləri, fitokimyəvi tərkibi və fitoterapevtik əhəmiyyəti müasir elmi mənbələr əsasında sistemli şəkildə təhlil edilmişdir. Məqalədə bitkinin yarpaq və çiçəklərinin əsas dərman xammalı kimi makro- və mikroskopik əlamətləri, autentifikasiya meyarları və keyfiyyət göstəriciləri şərh olunmuşdur. Fitokimyəvi analizlər əsasında bitkinin əsasən selik maddələri, flavonoidlər, antosianlar, fenol birləşmələri və vitaminlərlə zəngin olduğu müəyyən edilmişdir. Bu maddələr kompleks şəkildə iltihabəleyhinə, yumşaldıcı, qoruyucu, bəlğəmgətirici və regenerasiyaedici təsirlərin formalaşmasında mühüm rol oynayır. İcmal, həmçinin, Malva sylvestris L. preparatlarının tənəffüs yolları, mədəbağırsaq sistemi, sidik-cinsiyyət sistemi və dermatoloji xəstəliklərin müalicəsində fitoterapevtik tətbiq imkanlarını əhatə edir. Aparılan təhlillər göstərir ki, bu bitki təhlükəsizliyi və geniş terapevtik spektri ilə müasir təbii mənşəli dərman vasitələrinin hazırlanması üçün perspektivli mənbə hesab olunur.
Açar sözlər: Malva sylvestris L., dərman bitkisi, etnofarmakologiya, farmakoqnoziya, fitoterapiya