DOI: https://doi.org/10.36719/2663-4619/113/244-248
Əlirza Fəttayev
Bakı Dövlət Universiteti
https://orcid.org/0009-0002-2592-0033
a.fhd@mail.ru
Masallı rayonunun torpaq istifadəçiliyinin təhlili
Xülasə
Torpaq ehtiyatlarından səmərəli istifadə hər bir regionun davamlı inkişafı üçün mühüm amildir. Xüsusilə kənd təsərrüfatı sahəsində torpaq resurslarının düzgün idarə olunması məhsuldarlığın artırılması və ekoloji tarazlığın qorunması baxımından əhəmiyyətlidir. Masallı rayonu münbit torpaq ehtiyatlarına və kənd təsərrüfatı üçün əlverişli iqlim şəraitinə malikdir. Məqalədə Masallı rayonunun ərazi bölgüsü, kənd təsərrüfatı torpaqlarının strukturu və istifadə formaları xəritələşdirilərək, əldə olunan nəticələr əsasında təhlil aparılmışdır.
Açar sözlər: Torpaq istifadəçiliyi, səmərəli istifadə, Masallı rayonu, xəritə,məhsuldarlıq