Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

MCL zədələnməsindən sonra erkən reabilitasiya prosesində fizioterapiya və kinezioterapiyanın kombinə olunmuş təsirinin qiymətləndirilməsi

 

Cavidan Məmmədov

 

Xülasə. Bu tədqiqatın məqsədi medial kollateral bağın (MCL) zədələnməsindən sonra erkən reabilitasiya mərhələsində tətbiq olunan fizioterapiya prosedurlarının – maqnitoterapiya, ultrasəs və lazer terapiyanın – təkbaşına və kinezioterapiya, yəni izometrik məşqlərlə birlikdə istifadəsinin müqayisəli effektivliyini qiymətləndirmək olmuşdur. Tədqiqata I–II dərəcəli MCL zədəsi diaqnozu qoyulmuş 20 nəfər xəstə daxil edilmişdir. İştirakçılar təsadüfi üsulla iki qrupa bölünmüşdür: nəzarət qrupu yalnız fizioterapiya prosedurları almış, əsas qrup isə həmin prosedurlarla yanaşı kinezioterapiya proqramı da keçmişdir. Müalicənin nəticələri ağrı göstəricisinin Vizual Analoq Şkala üzrə dəyişməsi, diz oynağında hərəkət həcminin dərəcə ilə bərpası və gündəlik fəaliyyətə qayıtmaq üçün tələb olunan reabilitasiya müddəti əsasında dəyərləndirilmişdir. Əldə olunan nəticələr göstərmişdir ki, hər iki qrupda müsbət klinik dinamika müşahidə edilsə də, fizioterapiya ilə izometrik məşqlərin kombinə olunduğu əsas qrupda ağrının azalması daha sürətli, oynaq funksiyasının bərpası daha tam və ümumi reabilitasiya müddəti daha qısa olmuşdur. Bu isə erkən mərhələdə kombinə olunmuş reabilitasiya yanaşmasının xəstələrin funksional vəziyyətinin yaxşılaşdırılmasında, gündəlik aktivliyə daha tez qayıtmasında və müalicənin ümumi səmərəliliyinin artırılmasında daha üstün nəticə verdiyini göstərir. Bu yanaşma klinik praktikada perspektivli müalicə üsulu kimi sayılır.

 

Açar sözlər: MCL, medial kollateral bağ, reabilitasiya, fizioterapiya, kinezioterapiya

 


Baxış: 107